Şriftin ölçüsü :

Saytın rəngi :

Ə.Piriyev adına Neftçala şəhər 2 saylı tam orta məktəbində əsaslı təmir işlərinə başlanılmışdır

18 noyabr 2022 | 16:41

1981-ci il də istifadəyə verilmiş 1176- yerlik Ə.Piriyev adına Neftçala şəhər 2 saylı tam orta məktəbində Azərbaycan Respublikasının  Elm və Təhsil Nazirliyi tərəfindən cari ilin avqust ayından əsaslı təmir işlərinə başlanılmışdır. Təmir işləri podratçı təşkilat "AR Qrup" inşaat şirkəti tərəfindən həyata keçirilir. Hal-hazıradək  məktəb binasının dam örtüyü bütövlüklə dəyişdirilmiş, məktəbin akt və idman zalları təmir olunaraq yenilənmişdir. Məktəbin I korpusunun I mərtəbəsində və II Korpusunda təmir işləri yekunlaşmaq ərəfəsindədir.

Keçidlər