Daha bir kəndə yeni qaz xətti çəkilir
05 iyul 2022 | 19:15
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının” icrasına uyğun olaraq Neftçala rayonunun 94 ev təsərrüfatından ibarət olan Mirzəqurbanlı kəndində 3-93-21 saylı Sifarişlə hazırlanmış layihə smeta sənədlərinə əsasən 17.01.2022-ci il tarixindən başlayaraq “Azəriqaz” İB-nin Təmir Tikinti İdarəsinin Salyan Regional Qaz İstismar İdarəsinin Təmir Tikinti Sahəsinin briqadası tərəfindən qazlaşma işləri aparılır.
Kəndin qazlaşması üçün LSS üzrə diametri 57 mm-lik 4655 metr, diametri 76 mm-lik 2618 metr, diametri 108 mm-lik 1854 metr, ümumilikdə, 9127 metr küçə qaz xətlərinin çəkilməsi nəzərdə tutulmuşdur. Nəzərdə tutulan işlərdən 4181 metr qaz xəttinin çəkilişi artıq həyata keçirilmişdir. Qaz xətlərinin boyanması işləri üzrə 3739 metr borunun antipas boya ilə, 3503 metr borunun isə parlaq boya ilə boyanması işləri aparılmışdır.
Mirzəqurbanlı kəndinin qazlaşmasının başa çatdırılması 2022-ci ilin III rübündə nəzərdə tutulmuşdur.