Neftçala rayonunun Bankə qəsəbəsində yeni elektrik təchizatı qurulur
07 may 2021 | 08:05
Prezident İlham Əliyevin ölkədə həyata keçirdiyi sosial siyasətin tərkib hissəsi olaraq əhalinin elektrik enerjisi təchizatının yaxşılaşdırılması istiqamətində “Azərişıq” ASC qarşıya qoyulan tədbirlər proqramının icrasına əsasən Neftçala rayonunun Bankə qəsəbəsində yeni qurma işləri həyata keçirir. Görülən yenidən qurma işləri zamanı elektrik dayaqları dəyişdirilir, elektrik xətlərinin kabelləşməsi işləri davam etdirilir.
Görülən işlərin əsas məqsədi abonentləri dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz etmək, eyni zamanda tamamilə yenidən qurulan elektrik təchizatı şəbəkələrində itkiləri minimuma endirməkdir.