Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon ərazisində suvarma kanallarının, kollektor-drenaj şəbəkəsinin lildən, kol-kosdan təmizlənməsi və hidrotexniki qurğularının təmiri işləri davam etdirilir

31 avqust 2020 | 02:08

2020-ci ilin payızlıq əkin sahələrinin vaxtında suvarılması və kəndlilərin suvarma suyu ilə yüksək səviyyədə təmin olunması üçün suvarma kanallarının, kollektor-drenajların lildən və kol-kosdan təmizlənməsi və hidrotexniki qurğuların təmir olunması işlərinə başlanılıb.

Hər bir ölkənin inkişaf dinamikasını şərtləndirən, istiqamət verən sənaye və kənd təsərrüfatıdır. Elə buna görə də Respublika Prezidenti İlham Əliyev kənd təsərrüfatının iqtisadiyyatın çox böyük potensiala malik sektor olduğunu nəzərə alaraq ölkəmizdə bu sahənin inkişaf etdirilməsi istiqamətində mühüm işlər görür və aqrar sektora dövlət tərəfindən qoyulan investisiyalar hər il artırılır.
Məhsuldarlığın artırılmasının başlıca əsas səbəblərindən biri də bitkilərin vaxtında suvarma suyu ilə təmin olunmasıdır. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən daim diqqət mərkəzində saxladığı sahələrdən biri də rayonda olan suvarma kanallarının, kollektor- drenaj şəbəkələrinin vaxtında lildən və kol-kosdan təmizlənməsi, hidrotexniki qurğuların təmir olunması istiqamətində görülən işlərdir. Bu işlərin davamı olaraq 2020-ci ilin payızlıq əkin sahələrinin vaxtında suvarılması, kəndlilərin suvarma suyu ilə yüksək səviyyədə təmin olunması məqsədilə suvarma kanallarında lildən və kol-kosdan təmizlənmə işləri bütün kəndlər üzrə uğurla davam etdirilir. Bu məqsədlə Neftçala Suvarma Sistemləri İdarəsi və Aşağı Muğan Meliorativ Sistemləri İdarəsi rayon ərazisindəki suvarma kanallarına, kollektor-drenaj şəbəkəsinə və hidrotexniki qurğulara baxış keçirmiş suvarma kallarında və kollektor-drenaj şəbəkələrində lildən, kol- kosdan təmizləmə və hidrotexniki qurğuların təmir bərpası işlərinə başlanılmışdır.

-Neftçala Suvarma Sistemləri İdarəsi rayon ərazisində avqust ayında suvarma kanallarında 44,9 km lildən və kol-kosdan təmizləmə, 4 ədəd hidrotexniki qurğunun təmirini həyata keçirib.

-Aşağı Muğan Meliorativ Sistemləri İdarəsi rayon ərazisində avqust ayı ərazində kollektor-drenaj şəbəkəsində 12,9 km lildən və kol-kosdan təmizlənmə işləri görüb.

Rayon ərazisindəki suvarma kanallarının, kollektor- drenajların vaxtında lildən və kol-kosdan təmizlənməsi, hidrotexniki qurğuların təmir olunması Rayon İcra Başçısının diqqətindədir. Rayon ərazisində suvarma kanallarının, kollektor-drenaj şəbəkəsinin lildən, kol-kosdan təmizlənməsi və hidrotexniki qurğularının təmiri işləri davam etdirilir.

Keçidlər