Prezident İlham Əliyev tərəfindən 2019-cu ildə Neftçala rayonunda su təchizatının yaxşılaşdırılması istiqamətində imzalanan sərəncamın icrası sürətlə davam etdirilir
Neftçala şəhərinin və ətraf yaşayış məntəqələrinin su təchizatının yaxşılaşdırılması üçün nəzərdə tutulan layihə çərçivəsində, Salyan rayonu ərazisində olan su tutumu 7500 m3 olan su anbarının tikintisinə başlanılıb. 44 km məsafədən Neftçala şəhərinə çəkilən su xətti layihəsinin tikintisi nəticəsində əsasən çox mənzilli binaların və fərdi yaşayış evlərində yaşayan 40.000 nəfərə yaxın şəhər sakinin içməli su xətti təchizatı və sayğaclaşdırılması, paralel olaraq Neftçala şəhərinin kanalizasiya sisteminin yenidən qurulması həyata keçiriləcək. Hazırda bütün zəruri tədbirlər həyata keçirilir. 44 km olan su xəttinin Tatarməhlə, Bankə qəsəbəsi və Neftçala şəhəri hissəsində işlər davam edir. Su xəttinin çəkilişinin daha sürətli, daha tez başa çatması üçün əlavə canlı qüvvə və texnika cəlb olunub.