Neftçala Rayon İcra Hakimiyyəti tərəfindən su təchizatının təmin olunması məqsədi ilə rayon ərazisinin müxtəlif yerlərində quyuların qazılmasına başlanılıb
Neftçala Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayon əhalisinin içməli su ilə bağlı tələbatının qarşılanması üçün bəzi yaşayış məntəqələrinin həyətyanı ərazilərində içməli su quyularının qazılmasına başlanılıb. Artıq bir neçə gündür, Kür çayının sahilində və çox mənzilli yaşayış binalarının həyətində geoloqların təkliflərinə uyğun qazma işləri həyata keçirilib. Hazırda qazıntı işləri davam etdirilir. İçməli suyun keyfiyyəti və tərkibi yoxlanması üçün "Azərsu" ASC tərəfindən laboratoriya analizləri yoxlanılır. Rayon ərazisində içməli su probleminin yaşandığı bir vaxtda İcra Hakimiyyətinin təşəbbüsü ilə rayonda hal hazırda 20-ə yaxın iri tonlu su maşınları müvəqqəti olaraq su təminatını həyata keçirir. 25.06.2020-ci il tarixdən etibarən şəhər ərazisi və qəsəbə, kəndlərdə artezian quyuların qazılmasına başlanılacaq. Eyni zamanda yerli sahibkarların təşəbbüsü ilə yararsız vəziyyətdə olan həyətyanı ərazilərdə müvəqqəti olaraq su çənləri yeni su çənləri ilə əvəz olunacaq.⠀
⠀
Vətəndaşlarımıza ekoloji proseslər nəticəsində yaranmış su təchizatı problemləri ilə bağlı anlayış göstərdikləri üçün təşəkkür edirik.⠀
⠀
Su təchizatı ilə bağlı fərdi qaydada xüsusi texnikalarla hərəkət edən şəxslər tərəfindən suni qiymət artımı ilə rastlaşdığınız hallarda Rayon İcra Hakimiyyətinin yerlərdə olan icra nümayəndəliklərinə və ya AzərSu ASC-in qaynar xəttinə (+99455 457 92 27) müraciət edə bilərlər.