Şriftin ölçüsü :

Saytın rəngi :

Xankişiyev Elşən Elşad oğlu

                         Soyadı :                                    Xankişiyev 

                        Adı :                                           Elşən 

                        Ata adı :                                    Elşad

                        Doğum tarixi :                         23.06.2000

                        Dəfn olunduğu tarix :              20.09.2023

                        Rütbə :                                      MAHHXHQ (əsgər)

                        Təltifləri                                          

 

 

Şəhid Xankişiyev Elşən Elşad oğlu 23 iyun 2000-ci il tarixdə Neftçala şəhərində anadan olub. 2006-2011-ci illərdə Neftçala şəhər M.Səfərov adına İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyada ilk orta təhsilini alıb. Ailə vəziyyəti ilə əlaqədar 2011-2015-ci illərdə Neftçala şəhər Humanitar təmayüllü “Muğan” liseyində orta təhsilini davam etdirib. 2015-2017-ci illərdə Neftçala Peşə məktəbində daxil olmuş və çilingər ixtisasına yiyələnib. 2018-ci ilin iyul ayında Neftçala rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. 2020-ci ildə həqiqi hərbi xidməti başa vurduqdan sonra Neftçala rayonunun Yenikənd kəndində yerləşən “Azerbaijan Fish Farm” MMC-də balıqyetişdirən vəzifəsində işləyib.

21 sentyabr 2020-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Neftçala rayon şöbəsi tərəfindən təlimlərə cəlb olunub. 27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Silahlı Qüvvələri tərəfindən ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən Müharibəsində iştirak edib. 4 medalla təltif olunub.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən "Cəbrayılın azad olunmasına görə" medalı ilə, 25.12.2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə" medalı ilə, 29.12.2020-ci il tarixli Sərəncamına əsasən "Şuşanın azad olunmasına görə" medalı ilə və Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədovun 21.04.2022-ci il tarixli Sərəncamına əsasən “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilib.

19.07.2022-23.09.2022-ci il tarixlərində Komando Dağ təlim mərkəzində komando başlanğıc kursunu müvəffəqiyyətlə bitirib və komando təlim kursunun döş nişanını daşımasına layiq görülmüşdür.

19 sentyabr 2023-cü il tarixdə lokal xarakterli antiterror əməliyyatları zamanı qəhərmancasına şəhidlik zirvəsinə ucalmışdır. 21 sentyabr 2023-cü il tarixdə Neftçala şəhər Mərkəzi qəbirstanlığı, Şəhidlər Xiyabanında dəfn olunub.

Keçidlər