Şriftin ölçüsü :

Saytın rəngi :

Səmədov Camal Vüqar oğlu

                         Soyadı :                                    Səmədov 

                        Adı :                                          Camal 

                        Ata adı :                                    Vüqar

                        Doğum tarixi :                         11.07.1991

                        Dəfn olunduğu tarix :              21.09.2023

                        Rütbə :                                      MAHHXHQ (əsgər)

                        Təltifləri                                       

 

 

Şəhid Səmədov Camal Vüqar oğlu 11 iyul 1991-ci il tarixində Neftçala rayonu, Xol Qarabucaq kəndində anadan olub. Uşaqlıq illərini doğulduğu Xol Qarabucaq kəndində keçirib. 1998-ci il tarixdə F.Həziyev adına Xol Qarabucaq kənd orta məktəbinin 1-ci sinifinə daxil olub. 2006-cı ildə 9-cu sinifi bitirib. Daha sonra işləyərək ailəsinə köməklik göstərib. 2009-cu ilin oktyabr ayında Neftçala RHK-dan hərbi xidmətə yollanaraq Naxçıvan MR-nın Culfa rayonunda Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarında hərbi xidmətinə başlayıb. 2011-ci ilin aprel ayında hərbi xidmətini başa vurub. 2013-cü il tarixində Vətənə olan sevgisindən yenidən xidmətini davam etdirmək üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında həqiq hərbi xidmət hərbi qulluqçusu kimi xidmətini davam etdirib. Xidməti dövründə Azərbaycan Respublikası daxili işlər nazirinin 18023/h №-li 29 iyun 2022-ci il tarixli əmri ilə "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı ilə və 3-cü dərəcəli fərqlənmə döş nişanı ilə təltif edilib. Bundan əlavə vəzifə borclarını layiqincə yerinə yetirdiyi üçün komandirləri tərəfindən müxtəlif həvəsləndirici təltiflər verilib.

2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən Müharibəsində bir sıra ərazilərin müdafiə və mühafizəsində iştirak etmişdir.

19 sentyabr 2023-cü il tarixdə lokal xarakterli antiterror əməliyyatları zamanı qəhərmancasına şəhidlik zirvəsinə ucalmışdır. 21 sentyabr 2023-cü il tarixdə Neftçala rayonu, Xol Qarabucaq kənd qəbirstanlığında dəfn olunub. Ailəli olub. 2 azyaşlı qız övladı var.

Keçidlər