Şriftin ölçüsü :

Saytın rəngi :

Hüseynov Kamran Namiz oğlu

                       

                         Soyadı :                                    Hüseynov 

                        Adı :                                          Kamran

                        Ata adı :                                    Namiz

                        Doğum tarixi :                         12.07.1995

                        Dəfn olunduğu tarix :              04.03.2023

                        Rütbə :                                      Baş leytenant

                        Təltifləri

                                                                                                                                    

 

Şəhid Hüseynov Kamran Namiz oğlu 12 iyul 1995-ci ildə Neftçala şəhərində anadan olmuşdur. Uşaqlıq illərini doğulduğu Neftçala şəhərində keçirib. 2002-ci ildə E.Həbibov adına 4 saylı tam orta məktəbin 1-ci sinifinə getmişdir. 2011-ci ildə həmin məktəbi bitirib Cəmşid Naxçıvanski adına hərbi liseyə qəbul olub. 2013-cü ildə liseyi bitirdikdən sonra isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. 2017-ci ildə həmin məktəbi bitirib və "leytenant" hərbi rütbəsi verilib. 2017-ci ildə Xüsusi Təyinatlı Qüvvələrin 4 aylıq kursunda olmuşdur və XTQ zabiti olaraq xidmətə başlamışdır. Leytenant Kamran Hüseynov xidməti dövründə dəfələrlə təlimlərdə iştirak etmişdir. Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində 18.11.2019-cu il tarixdən 21.12.2019-cu il tarixədək fəaliyyət göstərən “kəşfiyyatçı artileriya korrektəedici” ixtisası kursunu bitirmişdir. 05.03.2018-ci il tarixdən 13.04.2018-ci il tarixədək Ankaranın Gölbaşı şəhərində Genelkurmay Özel Kuvvetler Komutanlığında açılan 3-cü Dönem Uluslararası Askeri Serbest Paraşüt kursunda iştirak etmiş və müvəffəqiyyətlə başa vurmuşdur. 03.10.2022-ci il tarixdən 11.11.2022-ci il tarixədək Kayserinin Zincirdere şəhərində Kara Kuvvetleri Komutanlığı 1-ci Komando Tugay Komutanlığında 48-ci Dönem Statik Paraşüt Katlama ve Kullanıcı Bakımı Kursunu müvəffəqiyyətlə başa vurmuşdur. Hərbi xidməti zamanı fərqləndiyinə görə rəhbərlik tərəfindən dəfələrlə fəxri fərman və təşəkkürnamələrlə təltif edilmiş, baş leytenant hərbi rütbəsi verilmişdir.

Azərbaycan Ordusunun baş leytenantı olan Kamran Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Xocavəndin, Kəlbəcərin və Şüşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Döyüşlər zamanı yaralanmasına baxmayaraq yenidən xidmətini davam etdirmiş, Vətən müharibəsindəki qələbədə pay sahibi olub.

Şəhid baş leytenant Hüseynov Kamran Namiz oğlu xidməti vəzifəsini yerinə yetirərkən ermənilərin basdırdığı minaya düşərək qəhrəmancasına şəhid olub. Şəhid Kamran Hüseynov 4 mart 2023-cü il tarixində Neftçala şəhər Şəhidlər Xiyabanında dəfn olunub.

Xidməti dövründə baş leytenant Hüseynov Kamran Namiz oğlu  Azərbaycan Respublikası Prezidentinin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən  "Kəlbəcərin azad olunmasına görə" medalı ilə, 24.06.2021-ci il tarixli Sərəncamlarına əsasən  “İgidliyə görə” medalı ilə, "Cəbrayılın azad olunmasına görə" medalı ilə, "Xocəvəndin azad olunmasına görə" medalı ilə və "Şuşanın azad olunmasına görə" medalı ilə, Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 0158t nömrəli 26.06.2018-ci il tarixli əmri ilə "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı ilə, 0184t nömrəli 03.11.2020-ci il tarixli əmri ilə “Şücaətə görə” medalı ilə, Azərbaycan Respublikasının Baş Naziri cənab Əli Əsədovun 21.04.2022-ci il tarixli Sərəncamına əsasən “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilib.

Azərbaycan Respublikası Prezidentinin 25.06.2023-ci il tarixli Sərəncamına əsasən Hüseynov Kamran Namiz oğlu ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

 

Keçidlər