Şriftin ölçüsü :

Saytın rəngi :

Əliyev Sərxan Rabil oğlu

                         Soyadı :                                   Əliyev 

                        Adı :                                          Sərxan

                        Ata adı :                                    Rabil

                        Doğum tarixi :                         12.09.2003

                        Dəfn olunduğu tarix :              20.09.2023

                        Rütbə :                                      MAHHXHQ (əsgər)

                        Təltifləri                                     yoxdur

 

 

 

Şəhid Əliyev Sərxan Rabil oğlu 12 sentyabr 2003-cü il tarixdə Neftçala şəhərində anadan olub. 2010-cu ildə N.Gəncəvi adına 3 saylı tam orta məktəbdə 1-ci sinifə gedib. 2021-ci il tarixdə 11-ci sinifi bitirib. Məktəbi bitirdikdən sonra 4 ay seyf-qapı sexində köməkçi işləyib. 2021-ci ilin oktyabır ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Neftçala rayon Şöbəsindən həqiqi hərbi xidmətə yollanıb. 2023-cü ilin aprel ayında hərbi xidmətini başa vurub. Hərbi xidmətini başa vurduqdan sonra vətənə olan sevgisindən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətini davam etdirib.

19 sentyabr 2023-cü il tarixdə lokal xarakterli antiterror əməliyyatları zamanı qəhərmancasına şəhidlik zirvəsinə ucalmışdır. 20 sentyabr 2023-cü il tarixdə Neftçala şəhər Mərkəzi qəbirstanlığı, Şəhidlər Xiyabanında dəfn olunub.

Keçidlər