Şriftin ölçüsü :

Saytın rəngi :

Cəfərov Xəzər Qalib oğlu

                         Soyadı :                                    Cəfərov 

                        Adı :                                          Xəzər

                        Ata adı :                                    Qalib

                        Doğum tarixi :                         17.06.1991

                        Dəfn olunduğu tarix :              22.09.2023

                        Rütbə :                                      Kapitan

                        Təltifləri                                             

 

 

Şəhid Cəfərov Xəzər Qalib oğlu 17 iyun 1991-ci il tarixdə Neftçala şəhərində anadan olub. Uşaqlıq illərini doğulduğu Neftçala şəhərində keçirib. 1998-ci ildə Ə.Piriyev adına 2 saylı tam orta məktəbdə 1-ci sinifə daxil olub. Sonra 2005-ci il tarixdə Bakı şəhərində Fizika-Riyaziyyat Təmaül məktəbində orta təhsilini başa vurub. 2009-cu il tarixdə liseyi başa vurduqdan sonra H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. 2013-cü ildə həmin məktəbi bakalavr diplomlu “Motoatıcı” kimi bitirib və “leytenant” hərbi rütbəsi verilib. 25.07.2013-cü il tarixindən 24.06.2014-cü il tarixədək Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən motoatıcı tağım komandiri kursunu bitirib. Xidmətini N saylı hərbi hissədə davam etdirib.

2016-cı ildə Aprel döyüşlərində ön xətdə döyüşüb. Elə həmin il leytenant Xəzər Cəfərova “baş leytenant” hərbi rütbəsi verilib. 2017-ci ildə “bölük komandiri” təyin olunub. 2019-cu ildə xidmətini davam etdirmək üçün başqa bir hərbi hissəyə təyinatı verilib. 2020-ci ildə baş leytenant Xəzər Cəfərova “kapitan” hərbi rütbəsi verilib və Maddi-Texniki Təminat üzrə rəis təyin olunub.

Azərbaycan Ordusunun kapitanı Xəzər Cəfərov 2020-ci il sentybarın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə yaralanıb. 4 ay hərbi hospitalda müalicə aldıqdan sonra xidmətinə Xocavənd rayonunda davam etdirib. 2023-cü ilin aprelində xidmətini N saylı hərbi hissədə “Qərargah rəisi” kimi davam etdirib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Cəfərov Xəzər Qalib oğlu xidməti dövründə "Cəsur döyüşçü" medalı ilə, 25.12.2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə" medalı"Xocəvəndin azad olunmasına görə" medalı ilə, Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədovun 21.04.2022-ci il tarixli Sərəncamına əsasən “Vətən müharibəsi iştirakçısı” medalı ilə və Azərbaycan Respublikası Prezidentinin adından Müdafiə nazirinin 0173t №-li 26 iyun 2021-ci il tarixli əmri ilə "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib.

19 sentyabr 2023-cü il tarixdə lokal xarakterli antiterror əməliyyatlarında xüsusi qəhrəmanlıq göstərərək iştirak edib. 20 sentyabr tarixində  Şəhidlik zirvəsinə ucalıb. 22 sentyabr 2023-cü il tarixdə Şəhid Xəzər Cəfərov Neftçala şəhər Mərkəzi qəbirstanlığı, Şəhidlər Xiyabanında dəfn olunub.

Keçidlər