Şriftin ölçüsü :

Saytın rəngi :

Abdullayev Elvin Elçin oğlu

                                          

                       Soyadı :                          Abdullayev

                      Adı :                                Elvin

                      Ata adı :                          Elçin

                      Doğum tarixi :                23.05.2003

                      Dəfn olunduğu tarix :     27.09.2022

                      Rütbə :                            Əsgər

                       Təltifləri

                                                                                                           

 

Şəhid Abdullayev Elvin Elçin oğlu 23 may 2003- cü il tarixində Neftçala rayonu, Bankə qəsəbəsində anadan olmuşdur. 2009-2018-ci illərdə Neftçala rayon Səməd Vurğun adına Bankə qəsəbə 2 saylı tam orta məktəbdə 9 illik ümumi orta təhsilini başa vurmuşdur. 2018-2021-ci illərdə Azərbaycan Dövlət Dəmir Yolu Liseyində “kontakt şəbəkəsinin elektrik montyoru” texniki peşə ixtisasına yiyələnmişdir. 2021-ci ilin iyul ayında həqiqi hərbi xidmətə yollanmışdır.

2022-ci il sentyabr ayının 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilmişdir. Törədilən təxribat zamanı Azərbaycan Ordusunun hərbi qulluqçusu Abdullayev Elvin Elçin oğlu Kəlbəcər rayonu ərazisində qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır. Şəhid Abdullayev Elvin Elçin oğlu 27 sentyabr 2022-ci il tarixində Neftçala şəhər Şəhidlər Xiyabanında dəfn olunmuşdur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən Şəhid Abdullayev Elvin Elçin oğlu ölümündən sonra "Azərbaycan bayrağı" ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilib.

 

 

Keçidlər