Şriftin ölçüsü :

Saytın rəngi :

Əliyev Elçin Ələkbər oğlu

                       

                      Soyadı :                          Əliyev

                   Adı :                                Elçin

                   Ata adı :                          Ələkbər

                  Doğum tarixi :                15.01.1997

                  Dəfn olunduğu tarix :    23.10.2020

                  Rütbə :                             Əsgər

                 Təltifləri

                                                                                                  

 

 

Şəhid Əliyev Elçin Ələkbər oğlu 15 yanvar 1997-ci ildə Neftçala rayonu, Mikayıllı kəndində anadan olmuşdur.  2002-ci ildə Neftçala rayonu Mikayıllı kənd məktəbində 1-ci sinfə daxil olmuş və həmin məktəbin məzunu olmuşdur.

Elçin Əliyev 2015-ci il tarixində Neftçala RHK-dan hərbi xidmətə yollanmışdır. Hərbi xidmətini Tərtər rayonunda etmişdir. 2016-ci ildə baş vermiş Aprel döyüşlərində də iştirak etmişdir.

2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı 29 sentyabrda hərbi səfərbərliyə çağırılaraq, Vətən müharibəsində iştirak etmişdir. Elçin Əliyev oktyabrın 21-də Qubadlının Sınıq körpü adlı ərazisində gedən döyüşdə qəhrəmancasına şəhid olmuşdur və oktyabrın 23-də doğulduğu Neftçala rayonu, Mərkəzi qəbirstanlığında dəfn olunmuşdur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şəhid Əliyev Elçin Ələkbər oğlu ölümündən sonra "Vətən uğrunda" medalı ilə, 18.12.2020-ci il tarixli Sərəncamına əsasən "Cəsur döyüşçü" medalı ilə,  24.26.2021-ci il tarixli Sərəncamına əsasən "Cəbrayılın azad olunmasına görə" medalı və "Qubadlının azad olunmasına görə" medalı  təltif edilib.

Keçidlər