Şriftin ölçüsü :

Saytın rəngi :

Zeynalov Məhəmməd Bəxtiyar oğlu

                 

                   Soyadı :                          Zeynalov

                   Adı :                                Məhəmməd     

                   Ata adı :                          Bəxtiyar  

                  Doğum tarixi :                23.02.1997

                  Dəfn olunduğu tarix :    16.10.2020

                  Rütbə :                             Leytenant

                 Təltifləri

                                                                                            

 

 

Şəhid Zeynalov Məhəmməd Bəxtiyar oğlu 1997-ci il fevralın 23-də Neftçala rayonu, Bankə qəsəbəsində anadan olub.

Azərbaycan Ordusunun leytenantı olan Məhəmməd Zeynalov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və şəhidlik zirvəsinə ucalmışdır. 16 oktyabr 2020-ci ildə Məhəmməd Zeynalov Neftçala rayonu Mərkəzi qəbirstanlığında  dəfn olunub.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şəhid Zeynalov Məhəmməd Bəxtiyar oğlu ölümündən sonra "Vətən uğrunda" medalı ilə, 18.12.2020-ci il tarixli Sərəncamına əsasən "Döyüşdə fərqlənməyə görə" medalı ilə və 24.06.2021-ci il tarixli Sərəncamına əsasən "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Şəhid Zeynalov Məhəmməd Bəxtiyar oğlu ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edilib.

Keçidlər