Şriftin ölçüsü :

Saytın rəngi :

Əsədov Əsəd Cəmaləddin oğlu

                           

                   Soyadı :                           Əsədov 

                   Adı :                                Əsəd       

                   Ata adı :                          Cəmaləddin   

                  Doğum tarixi :                29.03.1978

                  Dəfn olunduğu tarix :    14.10.2020

                  Rütbə :                            Baş leytenant

                 Təltifləri

                                                                                                     

 

Şəhid Əsədov Əsəd Cəmaləddin oğlu 29 mart 1978-ci ildə Neftçala rayonu, Tatarməhlə kəndində anadan olmuşdur. 1995-ci ildə Neftçala şəhər 1 saylı orta məktəbi bitirərək, Bakı Dövlət Universitetinə qəbul olub. 1999-cu ildə BDU-nin İqtisadiyyat fakültəsini bitirib. Universitetdə hərbi kafedrada oxuyaraq leytenant rütbəsi alıb. 2004-2005-ci illərdə həqiqi hərbi xidmətdə olub və xidmətini baş leytenant kimi başa vurub. 2007-ci ilə qədər Neftçala rayon Əhalinin Sosial Müdafiə Mərkəzi və Dövlət Sosial Müdafiə Fondunun Neftçala rayon şöbəsində işləyib, 2008-2014-cü illərdə "Texnika bank"da, 2014-2016-cı illərdə "Finca" kredit təşkilatında və 2020-ci ilə qədər digər təşkilatların məsul vəzifələrində çalışıb.

21 sentyabr 2020-ci ildə başlayan hərbi təlimlərə, sonradan isə sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı müxtəlif istiqamətlərində döyüşlərdə iştirak edib və Füzuli rayonu uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. 14 oktyabr 2020-ci il tarixində Neftçala rayon Mərkəzi qəbirstanlığında dəfn olunub. Ailəli olub. Üç övladı var.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şəhid Əsədov Əsəd Cəmaləddin oğlu ölümündən sonra "Vətən uğrunda" medalı ilə, 24.06.2021-ci il tarixli Sərəncamına əsasən “İgidliyə görə” medalı ilə və "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Şəhid Əsədov Əsəd Cəmaləddin oğlu ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edilib.

Keçidlər