Şriftin ölçüsü :

Saytın rəngi :

Muradov Habil Tahir oğlu

 

                      Soyadı :                              Muradov

                      Adı :                                    Habil

                      Ata adı :                              Tahir

                      Doğum tarixi :                   12.03.2002

                      Dəfn olunduğu tarix :       08.10.2020           

                      Rütbə :                               Əsgər     

                      Təltifləri

                                                                                                 

 

 

Şəhid Muradov Habil Tahir oğlu 12 mart 2002-ci ildə Neftçala rayonunun Beştalı kəndində anadan olmuşdur.

Habil Muradov 27 may 2020-ci il tarixində Neftçala Rayon Hərbi Komissarlığından hərbi xidmətə yollanmışdır. 27 sentyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Füzuli və Xocavənd rayonunun azad olunması uğrunda gedən döyüşlərdə döyüşmüşdür. Habil Muradov Füzuli rayonunun işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid zirvəsinə ucalmışdır və 08 noyabr 2020-ci ildə Neftçala rayonu, Beştalı kəndində dəfn olunub.


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şəhid Muradov Habil Tahir oğlu ölümündən sonra "Vətən uğrunda" medalı ilə, 18.12.2020-ci il tarixli Sərəncamına əsasən "Cəsür döyüşçü" medalı, 25.12.2020-ci il tarixli Sərəncamına əsasən "Xocavəndin azad olunmasına görə" medalı ilə və "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.

Keçidlər