Şriftin ölçüsü :

Saytın rəngi :

Kərimli Məhəmməd Məzahim oğlu

 

                       Soyadı :                               Kərimli

                       Adı :                                     Məhəmməd

                       Ata adı :                               Məzahim

                       Doğum tarixi :                     16.12.2000

                       Dəfn olunduğu tarix :          06.10.2020

                       Rütbə :                                  Əsgər

                       Təltifləri

                                                                                                    

 

 

Şəhid Kərimli Məhəmməd Məzahim oğlu 16 dekabr 2000-ci ildə Neftçala rayonunda anadan olmuşdur. 2007-ci ildə Neftçala rayonu Elton Həbibov adına 4 saylı tam orta məktəbində 1-ci sinifə daxil olmuşdur. Məhəmməd uşaq yaşlarından şahmat, güləş, boks və basketbolla məşğul olmuş və hər birindən müxtəlif dərəcələr almışdır. 2016-cı ildə Bakı şəhəri Bakı Qida Sənayesi kollecinin ət və süd məhsullarının texnologiyası fakültəsinə daxil olmuşdur. 2020-ci ildə isə həmin kollecdən məzun olmuşdur.

Məhəmməd Kərimli 23 iyul 2020-ci il tarixində hərbi xidmətə yollanmışdır. Xidmətdə olarkən Xüsusi Təyinatlı Qüvvələrə seçilərək xidmətini kəşfiyyatçı olaraq davam etdirmişdir. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Kəlbəcər, Füzuli, Xocavənd və Murovdağ döyüşlərində yaxından iştirak etmişdir. Məhəmməd Kərimli sentyabrın 30-da Murovdağ uğrunda gedən döyüşlərdə qəhramancasına vuruşaraq şəhidlik zirvəsinə ucalmışdır. Şəhid Kərimli Məhəmməd Məzahim oğlu 06 oktyabr 2020-ci il tarixində Neftçala rayon Mərkəzi Qəbirstanlığında dəfn olunub.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şəhid Kərimli Məhəmməd Məzahim oğlu ölümündən sonra "Vətən uğrunda" medalı ilə, 18.12.2020-ci il tarixli Sərəncamına əsasən "Cəsür döyüşçü" medalı, 24.12.2020-ci il tarixli Sərəncamına əsasən "Xocavəndin azad olunmasına görə"  "Kəlbəcərin azad olunmasına görə" medalları ilə və Azərbaycan Respublikasının Prezidenti adından Müdafiə nazirinin 0218t №-li 28.12.2020-ci il tarixli Sərəncamına əsasən "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Şəhid Kərimli Məhəmməd Məzahim oğlu ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə və "Cəbrayılın azad olunmasına görə" medalı təltif edilib.

Keçidlər