Şriftin ölçüsü :

Saytın rəngi :

Nəcəfov Elmin Saleh oğlu

 

                 

                      Soyadı :                           Nəcəfov

                       Adı :                                 Elmin

                       Ata adı :                           Saleh

                       Doğum tarixi :                 30.01.1999

                       Dəfn olunduğu tarix :     21.11.2020

                       Rütbə :                             Əsgər

                                                                                     Təltifləri

                                                                                                                  

 

 

Şəhid Nəcəfov Elmin Saleh oğlu 30 yanvar 1999-cu il tarixində Neftçala rayonu Həsənabad qəsəbəsində anadan olmuşdur. O, təhsilini 2005-ci ildə Şəmsəddin Orucov adına Həsənabad tam orta məktəbində almış, 2016-cı ildə həmin məktəbin məzunu olmuşdur.

Elmin Nəcəfov 31 yanvar 2017-ci il tarixində Neftçala Rayon Hərbi Komissarlığından xidmətə yollanmışdır. O, xidmətini əvvəlcə Gəncədə, daha sonra Qazaxda çəkmiş, baş atıcı vəzifəsində qumbaraatan olmuşdur. 1 iyul 2018-ci ildə xidmətini başa vuran Nəcəfov əsgərlikdən qayıtdıqdan sonra dülgərliklə məşğul olmuşdur. O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Elmin Nəcəfov 29 sentyabrda könüllü olaraq doyüşlərə qatılmış, xüsusilə Füzuli və Cəbrayıl rayonlarının işğaldan azad olunmasında iştirak etmişdir. O, müharibə zamanı manqa komandiri vəzifəsində olmuşdur. Elmin Nəcəfov Cəbrayıl uğrunda gedən döyüşlərdə düşmən  tərəfindən atılan artilleriya mərmisi nəticəsində şəhidlik zirvəsinə ucalmışdır. 21 noyabr 2020-ci il tarixində Neftçala rayonu Mərkəzi qəbirstanlığında dəfn olunmuşdur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şəhid Nəcəfov Elmin Saleh oğlu ölümündən sonra "Vətən uğrunda" medalı ilə, 24.06.2021-ci il tarixli Sərəncamına əsasən "Cəsur döyüşçü" medalı ilə və 24.06.2021-ci il tarixli Sərəncamına əsasən "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib.

Keçidlər