Şriftin ölçüsü :

Saytın rəngi :

Cəfərov Cəlil Sulduz oğlu

 

                   Soyadı :                           Cəfərov

                   Adı :                                 Cəlil

                   Ata adı :                           Sulduz

                   Doğum tarixi :                 08.08.1998

                   Dəfn olunduğu tarix :     19.11.2020

                   Rütbə :                             MAHHXHQ əsgər

                  Təltifləri

                                                                                                           

 

 

Şəhid Cəfərov Cəlil Sulduz oğlu 8 avqust 1998-ci ildə Neftçala rayonu Şorkənd kəndində anadan olmuşdur. 2004-2015-ci illərdə Salyan şəhər 3 saylı tam orta məktəbdə təhsilini almışdır. Kiçik yaşlarından sərbəst güləşlə məşğul olmuş, bir sıra idman yarışlarının iştirakçısı olmuşdur.

Cəlil Cəfərov  hərbi xidmətini başa vurduqdan sonra yenidən müddətdən artıq hərbi qulluqçu kimi ordu sıralarına qoşulub. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan Vətən müharibəsinə kəşfiyyatçı olaraq qatılmış, Suqovuşanın və Talış kəndinin alınmasında, Laçın uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Suqovuşan uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır. 19 noyabr 2020-ci il tarixində Neftçala rayonu Şorkənd kənd qəbirstanlığında dəfn olunmuşdur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şəhid Cəfərov Cəlil Sulduz oğlu ölümündən sonra "Vətən uğrunda" medalı ilə, 29.12.2020-ci il tarixli Sərəncamına əsasən "Suqovuşanın azad olunmasına görə" medalı ilə və 29.12.2020-ci il tarixli Sərəncamına əsasən "Laçının azad olunmasına görə" medalı ilə təltif edilib.

Keçidlər