Şriftin ölçüsü :

Saytın rəngi :

Məmmədov Natiq İltifat oğlu

 

                       Soyadı :                           Məmmədov

                       Adı :                                 Natiq

                       Ata adı :                           İltifat

                       Doğum tarixi :                20.07.1993

                       Dəfn olunduğu tarix :    08.11.2020

                       Rütbə :                            Əsgər

                       Təltifləri

                                                                                                    

 

 

Şəhid Məmmədov Natiq İltifat oğlu 20 iyul 1993-cü ildə Neftçala rayonu Bankə qəsəbəsində anadan olmuşdur. 1999-cu ildə  Bankə qəsəbəsində Səməd Vurğun adına 2 saylı tam orta məktəbin 1-ci sinfinə daxil olmuşdur. 2010-cu ildə həmin məktəbin məzunu olmuşdur. Natiq bir müddət Moskva şəhərində aşbaz işləmişdir.

Natiq Məmmədov 20 iyul 2011-ci il tarixində Neftçala Rayon Hərbi Komissarlığından hərbi xidmətə yollanmışdır. Xidmətini Mingəçevir rayonu N saylı hərbi hissədə etmiş və bu müddət ərzində rabitəçi vəzifəsində qulluq etmişdir. Əsgərliyi müddətində nizam-intizamı ilə fərqlənmiş və xidmətini təşəkkürnamə ilə bitirmişdir.

Natiq Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl və Qubadlı istiqamətlərində rəşadətlə vuruşmuşdur. Natiq Məmmədov Qubadlı rayonunun Qafan kəndində baş verən döyüşdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır. 08 noyabr 2020-ci il tarixində Neftçala rayonu Mərkəzi qəbirstanlığında dəfn olunmuşdur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şəhid Məmmədov Natiq İltifat oğlu ölümündən sonra "Vətən uğrunda" medalı ilə, 24.06.2021-ci il tarixli Sərəncamına əsasən "Cəsur döyüşçü" medalı ilə, 24.12.2020-ci il tarixli Sərəncamına əsasən "Cəbrayılın azad olunmasına görə" medalı ilə və 29.12.2020-ci il tarixli Sərəncamına əsasən "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edilib.

Keçidlər