Şriftin ölçüsü :

Saytın rəngi :

Gözəlov Murad Zabil oğlu

 

                       Soyadı :                          Gözəlov

                       Adı :                                 Murad

                       Ata adı :                           Zabil

                       Doğum tarixi :                12.05.1995

                       Dəfn olunduğu tarix :     05.11.2020

                       Rütbə :                            Əsgər

                       Təltifləri

                                     

 

 

Şəhid Gözəlov Murad Zabil oğlu 12 may 1995-ci ildə Neftçala rayonu Həsənabad qəsəbəsində anadan olmuşdur. 2001-ci ildə Şəmsəddin Orucov adına Həsənabad qəsəbə tam orta məktəbə daxil olmuşdur. 2010-cu ildə məktəbi bitirmişdir. 2010-cu ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika Kollecinə Neft və Qaz emalı fakültəsinə qəbul olur. 2014-cü ildə kollec təhsilini bitirmişdir.

Murad Gözəlov 2014-cü ildə kollec təhsilini bitirərək hərbi xidmətə yollanmışdır və Tərtər şəhərinin Xüsusi Təyinatlı Kəşfiyyat taborunda xidmət etmişdir. Hərbi xidmətini Baş kəşfiyyatçı kimi xidmət edib 2016-cı ildə hərbi xidmətini uğurla başa vurmuşdur.

Murad Gözəlov 2016-cı ildə hərbi xidməti uğurla başa çatdırdıqdan sonra müxtəlif vəzifələrdə çalışır. 2018-ci ilin mart ayından "Neftçala Operating Company LTD" şirkətində operator olaraq işə başlayır. Karyerasında daim uğur qazanan Murad, neftin hazırlanması və sabitləşdirilməsi üzrə mütəxəssis vəzifəsinə yüksəlir. Karyerasında qazandığı uğurlar onun təhsil həyatından da yan keçmir. 2020-ci ildə Ali təhsil müəssisələrinə qəbul imtahanları zamanı arzusunda olduğu Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Neft-Qaz Mühəndisliyi fakültəsinə qəbul olur.

Murad Gözəlov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı sentyabrın 27-də könüllü olaraq döyüşlərə qatılır. Kəşfiyyat qrupunda döyüşən Murad mərdliyi, rəşadəti ilə seçilmiş, döyüşün fəal iştirakçılarından olmuşdur. Murad Gözəlov Qubadlı uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə yüksəlmişdir. 05 noyabr 2020-ci il tarixində Neftçala rayonu Mərkəzi qəbirstanlığında dəfn olunmuşdur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şəhid Gözəlov Murad Zabil oğlu ölümündən sonra "Vətən uğrunda" medalı ilə, 24.06.2021-ci il tarixli Sərəncamına əsasən "Cəsur döyüşçü" medalı ilə,24.12.2020-ci il tarixli Sərəncamına əsasən "Cəbrayılın azad olunmasına görə" medalı ilə və 29.12.2020-ci il tarixli Sərəncamına əsasən "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edilib.

Keçidlər