Şriftin ölçüsü :

Saytın rəngi :

Əsgərov Fərid Ərəstun oğlu

 

                       Soyadı :                           Əsgərov

                       Adı :                                 Fərid

                       Ata adı :                           Ərəstun

                       Doğum tarixi :                21.05.1996

                       Dəfn olunduğu tarix :    04.11.2020

                       Rütbə :                            Əsgər

                       Təltifləri

                                                                                               

 

 

Şəhid Əsgərov Fərid Ərəstun 21 may 1996-cı il tarixində Neftçala rayonu Qaçaqkənd kəndində hərbçi ailəsində anadan olmuşdur. 2002-ci ildə Şəki şəhər 11 saylı tam orta məktəbin 1-ci sinfinə daxil olmuşdur. 2007-ci ildə Lənkəran şəhər 6 saylı liseydə 6-cı sinfə başlamış və 2012-ci ildə həmin liseyin məzunu olmuşdur. 2013-cü ildə Lənkəran Dövlət Universitetinin İngilis dili müəllimliyi ixtisasına daxil olaraq təhsilini davam etdirmişdir. Fərid 2017-ci ildə Lənkəran Dövlət Universitetinin məzunu olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra Bakı şəhərində mühafizə idarəsində işləmişdir.

Fərid Əsgərov 2017-ci ildə Neftçala Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılmışdır. Xidmətini Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət etmişdir. 2018-ci ildə xidmətini başa vurmuşdur.
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində  Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlının azad olunması uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Fərid Əsgərov Qubadlı rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə ucalmışdır. Fərid Əsgərov 04 noyabr 2020-ci il tarixində Neftçala rayonu Qaçaqkənd kənd qəbirstanlığında dəfn olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şəhid Əsgərov Fərid Ərəstun oğlu ölümündən sonra "Vətən uğrunda" medalı ilə, 24.06.2021-ci il tarixli Sərəncamına əsasən "Cəsur döyüşçü" medalı ilə, 24.12.2020-ci il tarixli Sərəncamına əsasən "Cəbrayılın azad olunmasına görə" medalı ilə və 29.12.2020-ci il tarixli Sərəncamına əsasən "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edilib.

Keçidlər