Şriftin ölçüsü :

Saytın rəngi :

Əliyev Mehman Xudaşükür oğlu

 

                       Soyadı :                           Əliyev

                       Adı :                                 Mehman

                       Ata adı :                          Xudaşükür 

                       Doğum tarixi :                01.01.2002

                       Dəfn olunduğu tarix :    29.10.2020

                       Rütbə :                            Əsgər

                       Təltifləri

                                                                                      

 

 

Şəhid Əliyev Mehman Xudaşükür oğlu 1 yanvar 2002-ci il tarixində Azərbaycanın Neftçala rayonu Xolqarabucaq kəndində anandan olmuşdur. 2007-ci ildə Neftçala rayonu Xolqarabucaq kənd Faiq Həziyev adına tam orta məktəbin 1-ci sinfinə daxil olmuş, 2019-cu ildə həmin məktəbin məzunu olmuşdur.

Mehman Əliyev 7 yanvar 2020-ci il tarixində Neftçala Rayon Hərbi Komissarlığından hərbi xidmətə yollanmışdır. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində Xocavənd uğrunda döyüşlərdə iştirak etmişdir. Mehman Əliyev Xocavənd uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə yüksəlmişdir. 27 oktyabr 2020-ci ildə Neftçala rayonu, Xol Qarabucaq kəndində dəfn olunmuşdur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şəhid Əliyev Mehman Xudaşükür oğlu ölümündən sonra "Vətən uğrunda" medalı ilə və 24.06.2021-ci il tarixli Sərəncamına əsasən "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən Şəhid Əliyev Mehman Xudaşükür oğlu ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Keçidlər