Şriftin ölçüsü :

Saytın rəngi :

Əhmədov Mirmöhsüm Mirdamət oğlu

                       Soyadı :                          Əhmədov

                       Adı :                                Mirmöhsüm 

                       Ata adı :                          Mirdamət

                       Doğum tarixi :                21.01.2002

                       Dəfn olunduğu tarix :    28.10.2020

                       Rütbə :                            Əsgər

                       Təltifləri

                                                                   

 

Şəhid Əhmədov Mirmöhsüm Mirdaməd oğlu 21 yanvar 2002-ci ildə Neftçala rayonuda anadan olmuşdur. Orta təhsilini Neftçala rayonu Elton Həbibov adına 4 saylı tam orta məktəbində almışdır. Daha sonra Bakı Biznes və Kooperasiya kollecində təhsilini davam etdirmişdir.

Mirmöhsüm Əhmədov 13 iyul 2020-ci ildə Neftçala Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə yollanmışdır. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı ilk gündən döyüşlərə qatılıb. Mirmöhsüm Əhmədov Füzuli, Xocavənd və Qubadlı istiqamətində gedən döyüşlərdə şücaət göstərmiş, öz yaralı döyüş yoldaşını çiyinləri üzərində ərazidən uzaqlaşdıran zaman ermənilər tərəfindən snayper vasitəsilə vurularaq Qubadlı rayonu uğrunda gedən döyüşlərdə qəhərmancasına şəhid olmuşdur. Şəhid Mirmöhsüm Əhmədov 28 oktyabr 2020-ci il tarixində Neftçala rayonu, Mərkəzi qəbirstanlığında dəfn edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şəhid Əhmədov Mirmöhsüm Mirdaməd oğlu ölümündən sonra "Vətən uğrunda" medalı ilə, 25.12.2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə" medalı ilə,  25.12.2020-ci il tarixli Sərəncamına əsasən "Xocavəndin azad olunmasına görə" medalı ilə, 25.12.2020-ci il tarixli Sərəncamına əsasən "Qubadlının azad olunmasına görə" medalı ilə və 24.06.2021-ci il tarixli Sərəncamına əsasən  "Cəsur döyüşçü" medalı ilə təltif edilib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən Şəhid Əhmədov Mirmöhsüm Mirdamət oğlu ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Keçidlər