Şriftin ölçüsü :

Saytın rəngi :

Quliyev Rəvan Mərdan oğlu

                   

                      Soyadı :                         Quliyev 

                       Adı :                                Rəvan

                       Ata adı :                          Mərdan

                       Doğum tarixi :                17.07.2001

                       Dəfn olunduğu tarix :    25.10.2020

                       Rütbə :                            Əsgər

                       Təltifləri

                                                                                                   

 

 

Şəhid Quliyev Rəvan Mərdan oğlu 17 iyul 2001-ci ildə Şirvan şəhərində anadan olmuşdur. Rəvan Quliyev  2007-ci ildə Bakı şəhər Səbail rayonunun 51 saylı tam orta məktəbinin 1-ci sinfinə daxil olmuşdur. 2013-cü ildə Neftcala rayonunun Aşağı Qaramanlı kəndinə köçmüş və orada orta məktəbin 7-ci sinfinə getmişdir. 1 il orada oxuduqdan sonra yenidən Bakı şəhərinə qayıdan Rəvan, 9-cu sinfi Bakı şəhər Səbail rayonunun 51 saylı məktəbində bitirmişdir.

Rəvan Quliyev 7 yanvar 2020-ci il tarixində Neftcala RHK-dan  həqiqi hərbi xidmətə yollanmışdır. Rəvan Quliyev 27 sentyabrda başlayan Vətən müharibəsinə qatılmış və Cəbrayıl,Füzuli,Zəngilan Xocavəndin azad olunması uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Rəvan Quliyev oktyabrın 24-də Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır. Oktyabrın 25-də Neftcala rayon Astanlı kəndində dəfn olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şəhid Quliyev Rəvan Mərdan oğlu ölümündən sonra "Vətən uğrunda" medalı ilə, 24.06.2021-ci il tarixli Sərəncamına əsasən "Cəsur döyüşçü" medalı ilə, 25.12.2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə" medalı ilə və "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.

Keçidlər