Şriftin ölçüsü :

Saytın rəngi :

Zərifə xanım Əliyevanın doğum gününə həsr olunan “Nurlu ömrün salnaməsi – Zərifə Əliyeva” adlı tədbir keçirilib

27 aprel 2024 | 20:21
Neftçala rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə akademik Zərifə xanım Əliyevanın doğum gününə həsr olunan “Nurlu ömrün salnaməsi – Zərifə Əliyeva” adlı tədbir keçirilib.
Tədbirdə Neftçala rayon İcra Hakimiyyətinin məsul şəxsləri, şəhid anaları, rayonun hüquq-mühafizə orqanlarında, bələdiyyə, idarəetmə sistemində, təhsil, səhiyyə və mədəniyyət sahəsində çalışan xanımlar iştirak edib.
İlk öncə Ulu Öndər Heydər Əliyevin, görkəmli akademik Zərifə Əliyevanın, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub və Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən Neftçala RİH-i aparatının aparıcı məsləhətçisi Esmira Məmmədzadə, həkim oftalmoloq Süsən Zeynalova, “Gündoğar” qəzetinin baş redaktoru Bədirə Niftəliyeva, həkim-lor Şölə İsmayılıova, Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Neftçala rayonu üzrə gənclər və idman sektorunun baş məsləhətçisi Xannənə Ağayeva müasir Azərbaycan qadınına xas ən yüksək keyfiyyətləri özündə əks etdirən gözəl ailə başçısı, qayğıkeş ana, peşəkar həkim, dünya şöhrətli alim, cəmiyyətdəki mövqeyi və uğurlu fəaliyyəti ilə sözün əsl mənasında böyük şəxsiyyət olan, bütöv və hərtərəfli şəxsiyyətində, zəngin elmi fəaliyyətində işıqlı keyfiyyətləri yüksək səviyyədə yaşadan, möhkəmlədən görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın mənalı ömür yolundan, bu yolun qiymətli nümunəyə çevrilərək həyatında və fəaliyyətində elmin işığına, yeni-yeni ziyalı nəsillər üçün örnək olduğunu bildirib, Azərbaycan səhiyyəsinin, Azərbaycan tibb elmi və tibb təhsili sisteminin mahir təşkilatçısı, qurucusu və yaradıcılarından olan görkəmli akademikin ömrünün sonuna qədər övladlarının yoluna işıq saçdığı, o cümlədən özündən sonra elmin inkişafına xidmət göstərəcək tələbələrinə yol göstərən əbədi bir mayaka çevrilməsini diqqətə çatdırıb və Zərifə xanım Əliyeva haqqında xoş xatirələrini bölüşüblər.
Görüşdə Zərifə xanım Əliyevanın həyatını əks etdirən, dəyərli alim haqqında xoş xatirələrlə zəngin olan video çarx izlənilib.
Neftçala rayon İcra Hakimiyyətinin dəstəyi və Neftçala RMX PHŞ təşkilatçılığı ilə Azərbaycan tibb elminə misilsiz töhfələr bəxş edən görkəmli oftalmoloq -alim,akademik Zərifə xanim Əliyevanin doğum günü münasibətilə Xıllı ASM-də və Aşağı Qaramanlı kənd həkim məntəqəsində oftalmoloqlar tərəfindən sakinlər gün ərzində müayinə olunublar.
Keçidlər