Şriftin ölçüsü :

Saytın rəngi :

"8 Noyabr - Zəfər Günü"nün 5-ci ildönümünə həsr edilmiş “Zəfər kuboku” adlı voleybol turnirinin açılış mərasimi olub

28 oktyabr 2025 | 17:59

28 oktyabr 2025-ci il tarixdə Neftçala Olimpiya İdman Kompleksində Neftçala Rayon İcra Hakimiyyətinin dəstəyi, Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Neftçala rayonu üzrə Gənclər və İdman sektorunun təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində "8 Noyabr - Zəfər Günü"nün 5-ci ildönümünə həsr olunmuş idarə, müəssisə və təşkilatlar arasında “Zəfər kuboku” adlı voleybol turnirinin açılış mərasimi keçirilib.

İlk olaraq Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Açılış mərasimində çıxış edənlər- Neftçala Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şaiq Məmmədov, YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev, Neftçala rayon gənclər və idman sektorunun müdiri Araz  Əhmədov yarış iştirakçılarını salamlayaraq qeyd ediblər ki, ölkəmizin qazandığı möhtəşəm Zəfər, Azərbaycan xalqının birliyinin, Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasətinin və ordumuzun rəşadətinin nəticəsidir. Bu cür idman tədbirlərinin təşkili isə həm Zəfər ruhunun təbliği, həm də gənclərdə vətənpərvərlik və sağlam həyat tərzinə marağın artırılması baxımından mühüm əhəmiyyət daşıyır.

 Daha sonra oyunlara start verilib.

 Turnirdə rayonun müxtəlif idarə, müəssisə və təşkilatları təmsil edən komandalar iştirak edirlər. Qeyd edək ki, “Zəfər kuboku” voleybol turnirinin final mərhələsi 6 noyabr tarixində keçiriləcək.

Yarış iştirakçılarına uğurlar arzulayırıq.

 

Keçidlər