Şriftin ölçüsü :

Saytın rəngi :

Yetkinlik yaşına çatmayan uşaqların təhsilə cəlb edilmələri istiqamətində monitorinq keçirilib

01 sentyabr 2023 | 14:12

Neftçala rayonunun Həsənabad qəsəbəsində yetkinlik yaşına çatmayanların təhsilə cəlb edilmələri istiqamətində görülən işlər haqqında uşaqların təlim-tərbiyə aldıqları müəssisələrdə monitorinq keçirilib.

Azərbaycan Respublikası Prezidentinin 27 noyabr 2020-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı" na əsasən Neftçala Rayon İcra Hakimiyyəti başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiya tərəfindən 2023-cü il üçün təsdiq edilmiş “İşPlanı”na uyğun olaraq rayonun Həsənabad qəsəbəsində yetkinlik yaşına çatmayanların təhsilə cəlb edilmələri istiqamətində görülən işlər haqqında uşaqların təlim-tərbiyə aldıqları müəssisələrdə monitorinq həyata keçirilib.
İlk öncə Rayon İcra Hakimiyyəti başçısının Həsənabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində yetkinlik yaşına çatmayanlarla bağlı aparılan işlər və bu istiqamətdə qarşıya çıxan məsələlər müzakirə edilib və Şəmsəddin Orucov adına Həsənabad qəsəbə tam orta məktəbdə yeni tədris ili öncəsi həyata keçirilən işlər, qarşıda duran vəzifələrlə bağlı məlumat müzakirələr aparılıb, monitorinq çərçivəsində Həsənabad qəsəbə KEUB-da uşaqların ümumi saxlanma şəraiti ilə tanış olunub.
Qəsəbədə yaşayan aztəminatlı ailələrin övladlarının yeni dərs ilinə hazırlığı, müxtəlif səbəblərdən təhsildən yayınan, məcburi əməyə cəlb olunan yetkinlik yaşına çatmayanlar barədə aidiyyəti dövlət qurumlarının nümayəndələri ilə müzakirələr aparılıb, müvafiq tapşırıq və tövsiyələr verilib.

Keçidlər