Şriftin ölçüsü :

Saytın rəngi :

Yeniyetmə və gənclərin vətənə və xalqına sevgi, böyük nəslə hörmət hissi ilə tərbiyə olunması mövzusunda maarifləndirici tədbir keçirilib

30 may 2025 | 15:05

Neftçala rayonunda 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar  “Yeniyetmə və gənclərin vətənə və xalqına sevgi, böyük nəslə hörmət hissi ilə tərbiyə olunması”mövzusunda maarifləndirici tədbir keçirilib.

Azərbaycan Respublikası Prezidentinin 27 noyabr 2020-ci il tarixli 2306 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020- 2025-ci illər üçün Fəaliyyət Planı”nın 5.4.5.-ci bəndinin icrası məqsədilə, eləcə də "Konstitusiya və Suverenlik ili" çərçivəsində Neftçala Rayon İcra Hakimiyyəti başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın təşkilatçılığı və Şirvan-Salyan Regional Təhsil İdarəsinin Neftçala rayonu üzrə təhsil sektorunun dəstəyi ilə Yuxarı Qaramanlı kənd tam orta ümumtəhsil məktəbində 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar  “Yeniyetmə və gənclərin vətənə və xalqına sevgi, böyük nəslə hörmət hissi ilə tərbiyə olunması” mövzusunda maarifləndirici tədbir keçirilib.

 Tədbirdə Neftçala Rayon İcra Hakimiyyəti başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın, Neftçala Rayon Polis Şöbəsinin məsul əməkdaşları,  yerli İnzibati ərazi dairəsi üzrə nümayəndəlik və bələdiyyə orqanının rəhbərləri, Rayon Ağsaqqallar Şurasının üzvləri, Vətən müharibəsi qazisi və iştirakçıları, məktəb rəhbərliyi, təhsil işçiləri, şagirdlər və valideynlər iştirak edib.

 İlk öncə xalqımızın Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirin əsas məqsədi gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunması, onlarda Vətənə sevgi, xalqımıza bağlılıq və böyük nəslə hörmət hisslərinin möhkəmləndirilməsi idi.

Çıxışçılar- Neftçala Rayon İcra Hakimiyyəti başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın məsul əməkdaşları, Neftçala RPŞ-nin rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi, polis polkovnik-leytenantı Valeh Hətəmov, ehtiyatda olan hərbçi, Rayon Ağsaqqallar Şurasının üzvü Mustafa Əliyev, Vətən müharibəsi qazisi, baş leytenant Yusif Abdullayev, Yuxarı Qaramanlı kənd tam orta ümumtəhsil məktəbin direktoru, Vətən müharibəsi iştirakçısı Vüqar Qələşov  yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda böyüməsinin, onların gələcəkdə məsuliyyətli, cəmiyyətə faydalı və mənəviyyatlı bir fərd kimi formalaşması üçün əsas şərtlərdən biri olduğunu vurğulayaraq, bildirdilər ki, Vətən sevgisi sadəcə torpaq sevgisi deyil, o həm də milli kimliyimizin, dilimizin, tariximizin və mədəniyyətimizin qorunması deməkdir. Gənc nəsil öz kökünü, keçmişini nə qədər yaxşı tanıyarsa, gələcəyə bir o qədər inamla addımlayar.  Çıxışlar zamanı böyük nəslə hörmət mövzusuna toxunularaq bildirildi ki, ənənələrimizi yaşadan, dəyərlərimizi gələcək nəsillərə ötürən böyük nəslə hörmət, əslində bir xalqın öz keçmişinə, kimliyinə olan hörmətidir. Bu hiss uşaqlıqdan tərbiyə olunmalıdır ki, ailə bağları möhkəm, cəmiyyət sağlam olsun.

Tədbir zamanı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən  gənclər arasında narkomaniyaya qarşı mübarizə işinin gücləndirilməsi, onların sağlam həyat tərzi ruhunda tərbiyə olunması, son zamanlar gənclərin zərərli vərdişlərə aludəçiliyin artması səbəbləri, sözügedən problemə müasir formada yanaşma tərzi, narkomaniya və digər zərərli vərdişlərin insan orqanizminə neqativ təsirləri və yaratdığı sosial problemlər haqqında geniş məlumat vermiş, yeniyetmələri sağlam həyat tərzi keçirməyə, təbiətdən, kitablardan, maraqlı insanlarla ünsiyyətdən zövq almağa, faydalı bilik və bacarıqlar öyrənməyə çağırış ediblər.

 Tədbir qarşılıqlı müzakirələrlə davam etdirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Keçidlər