Şriftin ölçüsü :

Saytın rəngi :

Yenidənqurma işlərinə görə Neftçala rayonu üzrə qaz təchizatının dayandırılması planlaşdırılır

09 dekabr 2022 | 14:51

Neftçala Rayon İcra Hakimiyyəti və Azəriqaz İB bildirirki, diametri 1220 mm-lik “Astara-Qazıməmməd” yüksək təzyiqli magistral qaz kəməri ümumilikdə 7,8 km uzunluğunda yeni çəkilən hissələrinin qaznəqli sisteminə birləşdirilməsi ilə əlaqədar olaraq qazın nəqlinin dayandırılması zəruriyyəti yaranıb. Bu məqsədlə “Qaz İxrac” İdarəsinin tərəfindən 13,14 və 15 dekabr 2022-ci il tarixlərində (3 gün müddətində) Neftçala rayonu üzrə qaz təchizatının dayandırılması planlaşdırılır.

Eyni zamanda bildirilir ki, 12 dekabr 2022-ci il tarixində boruya ötürülən qazın həcmindən asılı olaraq məsafə uzaqlığına görə “Neftçala” QPS-dən qidalanan istehlakçıların qaz təchizatında qismən məhdudiyyətlərin yaranması, çıxış təzyiqindəki yuxarı hədlə bağlı təlabata görə isə “Bəydilli” QPS-dən qidalanan istehlakçıların qaz təchizatında qismən məhdudiyyətlərin yaranması ehtimalı mövcuddur.

Keçidlər