“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
Azərbaycan Respublikasın Prezidenti cənab İlham Əliyevin 25 dekabr 2023-cü il Sərəncamına əsasən 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsilə əlaqədar olaraq Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Neftçala şəhərində növbəti ağacəkmə aksiyası keçirilib və 100-ə yaxın sərv ağacları əkilib.
Aksiyada Neftçala Rayon İcra Hakimiyyətinin əməkdaşları, İnzibati Ərazi Dairəsi üzrə Nümayəndələr, Bələdiyyə sədrləri, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında fəaliyyət göstərən Uşaq Səfirlər Məclisinin Neftçala rayonu üzrə nümayəndələri və fəal məktəblilər iştirak edib.
Ağacəkmə aksiyasının keçirilməsində məqsəd ekoloji vəziyyətin sağlamlaşdırılması, o cümlədən ekoloji mədəniyyəti və təbiətə qayğını təbliğ etmək, iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verməkdir.
Rayon İcra Hakimiyyəti tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində yeni yaşıllıq zolaqlarının salınması və ekoloji mühitin qorunması istiqamətində tədbirlərin görülməsi il ərzində davam etdiriləcəkdir.