Şriftin ölçüsü :

Saytın rəngi :

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Birləşmiş Ərəb Əmirliyinin “Masdar” şirkəti və beynəlxalq təşkilatların iştirakı ilə hazırlıq görüşü keçirilib

17 oktyabr 2024 | 16:01

Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Birləşmiş Ərəb Əmirliyinin “Masdar” şirkəti və beynəlxalq təşkilatların iştirakı ilə hazırlıq görüşü keçirilib.

Neftçala rayonu İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidovun rəhbərliyi və “Masdar” şirkəti, beynəlxalq təşkilatların nümayəndə heyətinin iştirakı ilə Neftçala rayonunun inzibati ərazisində inşa ediləcək 315 MVt gücündə günəş elektrik stansiyasının tikinti layihəsi ilə bağlı hazırlıq görüşü keçirilib.

Beynəlxalq təşkilatlardan Amr Usama Senior Manager, Development and Investment (CIS) Abdalla Ali AlMarzooqi, Development and Investment (CIS) Murad Sadikhov, Country Manager Yashar Gojayev, Community Liaison Officer Ilkin Osmanov, SOCAR Green Şamil Nuri və digər nümayəndələr günəş elektrik stansiyasının tikintisi layihəsi çərçivəsində onları maraqlandıran fikirlər səsləndirib, layihə ilə bağlı gözləntilər, ətraf mühütə təsiri, tikinti işlərinə cəlb olunacaq işçilərin sosial statusu, işsizliyin aradan qaldırılması, sosial vəziyyətin öyrənilməsi, tikinti işləri zamanı mövcud infrastrukturdan istifadə amilləri ətraflı öyrənilib, sual doğuran fikirlərə aydınlıq gətirilib, fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, 04 iyun 2024-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl Cabir tədbir Bakı Enerji Həftəsi çərçivəsində keçirilən sərgidə Neftçala, Biləsuvar Günəş elektrik stansiyalarının və Abşeron-Qaradağ Külək Elektrik Stansiyasının təməlini qoyublar.

--

Keçidlər