Şriftin ölçüsü :

Saytın rəngi :

Xol Qarabucaq, Xol Qaraqaşlı və Xəzər kənd kəndlərində ağsaqqalarla görüş keçirilib

14 mart 2023 | 19:27
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidovun tövsiyyələrinə uyğun olaraq rayon ərasində ağsaqqalarla sıx əməkdaşlıq əlaqələrinin qurulması və onların təcrübələrindən istifadə etmək və Rayon Ağsaqqallar Şurasının fəaliyyətinin canlandırılması məqsədilə rayonun Xol Qarabucaq, Xol Qaraqaşlı və Xəzər kənd kəndlərində ağsaqqalarla görüş keçirilib.
Görüşdə Neftçala RİH-in məsul şəxsləri, Rayon Ağsaqqallar Şurasının sədri, üzvləri və ağsaqqallar iştirak edib.
Görüş zamanı Ulu Öndər Heydər Əliyevin ağsaqqalara olan böyük etimadından, diqqətindən, qayğıdan və bu etimadın, diqqətin, qayğının Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışılıb. Xalqımızın ağsaqqallıq ənənələrini bu günə qədər qoruyub saxlanılmasından, ağsaqqalların gənc nəslin tərbiyəsində, milli- mənəvi dəyərlər sisteminin formalaşdırılmasında və digər məsələlərin həllində yaxından iştirakından, ölkəmizin gələcək inkişaf strategiyasının müəyyənləşməsində və cəmiyyətimizin inkişafı naminə hər zaman dəstək olmaq vurğulanıb.
Görüşün sonunda Xol Qarabucaq kəndi üzrə Ağsaqqallar şurasının sədri məmmədov Əlniyaz, Xol Qaraqaşlı kəndi üzrə Ağsaqqallar şurasının sədri Abasov İdris, Xəzər kəndi üzrə Ağsaqqallar şurasının sədri Səfərov Gülağa seçilib.
 
Keçidlər