“Xəzəri Qoruyaq” şüarı ilə beynəlxalq sahilyanı təmizlik aksiyası keçirilib
Neftçala RİH-in, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi, “EcoHub” Ekoloji Təşəbbüslərə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə Xəzər dənizinin Neftçala rayonu hissəsində “Xəzəri Qoruyaq” beynəlxalq sahilyanı təmizlik aksiyası keçirilib.
Aksiyada Neftçala RİH-in, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, “EcoHub” Ekoloji Təşəbbüslərə Dəstək İctimai Birliyinin məsul şəxsləri, könüllülər və ictimaiyyət nümayəndələri iştirak edib.
Aksiyanın keçirilməsində məqsəd ölkədə ekoloji durumun yaxşılaşdırılması, əhalinin maarifləndirilməsi və ətraf mühitə məsuliyyətlə yanaşma prinsiplərini təbliğ edir.
Məlumat üçün bildiririk ki, Azərbaycan Beynəlxalq Sahilyanı Təmizlik Günü könüllülük hərəkətında 12 ildir iştirak edir və aksiyanın miqyası ildən- ilə genişlənir. Ölkəmizdə keçirilən bu aksiya çərçivəsində Xəzər dənizi çimərliklərinin 50 hektaradək ərazisi təxminən 55 ton məişət tullantısından təmizlənib.