Şriftin ölçüsü :

Saytın rəngi :

"Xəzər günü" ilə əlaqədar təmizlik aksiyası keçirilib

12 avqust 2022 | 10:54
Xəzəryanı dövlətlər arasında təbiəti mühafizə şərtlərini və müvafiq təşkilati mexanizmi əks etdirən ilk hüquqi saziş olan “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası” 12 avqust 2006-cı il tarixində qüvvəyə minib və hər ilin 12 avqust tarixi “Xəzər günü” kimi qeyd olunmağa başlayıb.
Həmin tarixdən etibarən hər il “Xəzər günü” münasibətilə ölkəmizdə dövlət qurumları, müvafiq icra hakimiyyəti orqanları, diplomatik korpus və ictimaiyyət nümayəndələrinin və digər maraqlı tərəflərin iştirakı ilə maarifləndirici tədbirlər, təmizlik və abadlıq aksiyaları keçirilməkdədir. Burada əsas məqsəd Xəzər dənizinin çirklənmədən qorunması, onun bioloji ehtiyatların mühafizəsi və bərpası, həmçinin, əhalinin ekoloji maarifləndirilməsidir.
Bu il 12 avqust tarixində növbəti “Xəzər günü” münasibətilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı və Neftçala Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonun Xəzər dəniz sahilindəki ərazilərində təmizlik aksiyası keçirilib. Aksiya nəticəsində ümumilikdə 12 hektar sahədən 150 kq tullantı və 50 metr sintetik tor toplanaraq təmizlənilib.
Neftçala Rayon İcra Hakimiyyəti rayon sakinlərini Xəzər dənizinin ekoloji vəziyətinə həssas yanaşmağa, dəniz sahilini təmiz saxlamağa və dənizin bioloji müxtəlifliyini qorumağa çağırır.
Keçidlər