Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər dənizinin sahili boyu çimərlik sahəsinə yaxın ərazidə təmizlik aksiyası keçirilib

06 iyun 2022 | 17:12
Neftçala RİH dəstəyi və 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin təşkilatçılıığı ilə '' 5 iyun - Ətraf mühitin mühafizəsi günü '' ilə əlaqədar olaraq Neftçala rayonunun Şirvanlı kəndi yaxınlığında Xəzər dənizinin sahili boyu çimərlik sahəsinə yaxın ərazidə təmizlik aksiyası keçirilib.
Aksiyada Neftçala RİH-nin, idarə, müəssisə, təşkilatların məsul şəxsləri, Su Nəqliyyatında polis idarəsinin Neftçala xətt polis məntəqəsinin əməkdaşları, bələdiyyə, Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin işçiləri və könüllülər iştirak edib.
Aksiya zamanı sahil boyu 3 km məsafədə dəniz kənarı plastik qablardan, şüşə və digər tullantılardan təmizlənib. Eyni zamanda sahil zonasından ümumi uzunluğu 150 metr olan 8 ədəd sintetik tor toplanaraq tullantılarla birlikdə xüsusiləşmiş nəqliyyat vasitəsilə Neftçala rayon poliqonuna daşınıb. Aksiyada ümumilikdə 80 nəfər iştirak edib.
Keçidlər