Xəzər dənizində və Kür çayında bioloji resursların qorunması ilə bağlı Neftçala rayonunda maarifləndirici tədbir keçirilib
“Balıq və digər su bioresursları ovunun Qaydaları” nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 iyun 2017-ci il tarixli 243 saylı Qərarının 1№-li əlavəsinə əsasən Xəzər dənizində balıq və digər su bioresurslarının sənaye ovunun may ayının 1-dən sentyabr ayının 1-dək, 2 №-li əlavəsinə əsasən Azərbaycan Respublikasının bütün su obyektlərində o cümlədən, Xəzər dənizində və Kür çayında balıq və digər su bioresurslarının idman və həvəskar ovuna may ayının 1-dən iyul ayının 1-dək qadağan edilməsi ilə bağlı, Xəzər dənizinin sahilində yerləşən Neftçala rayonunun Neftçala şəhər, Həsənabad qəsəbə, Sarıqamış, Yeniqışlaq, Mikayıllı kənd yaşayış məntəqələrindən olan balıqçılıq fəaliyyəti ilə məşğul şəxslərlə, qanunvericiliyin tələblərinin yerinə yetirilməsinə yönəldilmiş maarifləndirmə tədbiri həyata keçirildi. Neftçala Rayon İcra Hakimiyyətinin rəhbərliyi ilə keçirilən tədbirdə iştirak edən, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin Neftçala Xətt Polis Məntəqəsinin, 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Muğan Regional Mərkəzinin məsul şəxsləri, balıqçılıq fəaliyyəti ilə məşğul vətəndaşlara qanunvericiliyin tələbləri ilə bağlı ətraflı məlumat vermiş, balıqçıları narahat edən suallar cavablandırmış, səsləndirilən fikirlərə aydınlıq gətirilmiş, balıq və digər su bioresurslarının ovlanması ilə əlaqədar qaydalara əməl olması balıqçılara tövsiyə edilmişdir.