Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər dənizi sahilində növbəti təmizlik aksiyası keçirilib

08 iyul 2024 | 11:57
Neftçala Rayon İcra Hakimiyyətinin və Ekologiya Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2023-cü il tarixli 4233 nömrəli Sərəncamına uyğun olaraq Neftçala rayonunda Xəzər dənizinin sahil boyu ərazisində məişət tullantılarından təmizlənməsi istiqamətində aksiya keçirilib.
Aksiyada RİH-in, 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsul şəxsləri, könüllülər və rayon ictimaiyyəti iştirak edib.
Aksiyanın keçirilməsində məqsəd Xəzər dənizi sahili ərazilərinin, dəniz suyunun məişət və digər tullantılarla çirkləndirilməsinin qarşısının alınması, əhalinin tullantıların düzgün idarə olunması ilə ətraf mühitin neqativ təsirlərdən qorunması istiqamətində maarifləndirilməsi, Xəzər dənizinin sahil zonalarında ekoloji vəziyyətinin yaxşılaşdırılmasında ictimaiyyətin rolunu və bu sahədə ictimaiyyətlə əməkdaşlığı artırmaqdır.
Keçidlər