Neftçala rayonunda növbəti dəfə Xəzər dənizi sahilində iməclik keçirilib
İməclikdə Neftçala RİH-in başçısı Mirhəsən Seyidov, Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Rauf Hacıyev, 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Elnur Cəlilov, könüllülər və rayon ictimaiyyəti iştirak edib.
İməcliyin keçirilməsində məqsəd Xəzər dənizi sahili ərazilərinin, dəniz suyunun məişət və tullantılarla çirklənməsinin qarşısının alınması, əhalinin tullantıların düzgün idarə olunması ilə ətraf mühitin neqativ təsirlərdən qorunması istiqamətində maarifləndirmək, Xəzər dənizinin və sahil zonalarında ekoloji vəziyyətinin yaxşılaşdırılmasında ictimaiyyətin rolunu artırmaq və bu sahədə ictimaiyyətlə əməkdaşlığı artırmaqdır.
Rayon sakinlərimizdən, qonaqlardan rayonumuzu və Xəzər dənizinin sahilini təmiz saxlamaları tövsiyyə olunur.