Şriftin ölçüsü :

Saytın rəngi :

Vətəndaşlar arasında ideoloji maarifləndirmə üzrə növbəti görüş keçirilib

26 aprel 2022 | 16:55
Neftçala RİH-nin və YAP Neftçala rayon təşkilatının təşkilatçılığı ilə 25 aprel Sahibkarlar Günü münasibəti ilə vətəndaşlar arasında ideoloji maarifləndirmə işlərinin davamı olaraq DAİM-də növbəti görüş keçirilib.
Görüşdə Neftçala RİH məsul şəxsləri, idarə, müəssi, təşkilatların rəhbərləri, fermerlər və ictimaiyyət nümayəndələri iştirak edib.
İlk öncə Ümummili liderimiz Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 21 aprel 2016-cı il tarixli Sərəncamına əsasən 25 aprel Sahibkarlar Günü kimi qeyd olunması münasibətilə Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidovun təbriki və xoş sözləri görüş iştirakçılarına bildirilib.
Görüşdə çıxış edənlər Respublika ərazisində Prezident cənab İlham Əliyev tərəfindən sahibkarlığa verilən dəstəyindən, Azərbaycanda sahibkarlığa, biznesin inkişafına yaradılan şəraitdən, rayon ərazisində görülən sahibkarlıq işlərindən və yeni layihələr haqqında danışıblar.
Görüş qarşılıqlı müzakirələr ilə davam edib.
 
 
Keçidlər