Vətəndaşlar arasında ideoloji maarifləndirmə üzrə növbəti görüş keçirilib
11 may 2022 | 15:14
Neftçala RİH-nin və YAP Neftçala rayon təşkilatının təşkilatçılığı ilə Heydər Əliyev- Dahi şəxsiyyət mövzusunda vətəndaşlar arasında ideoloji maarifləndirmə işlərinin davamı olaraq Yeni Azərbaycan Partiyasının yerli təşkilatında növbəti görüş keçirilib.
Görüşdə Neftçala RİH məsul şəxsləri, idarə, müəssisə, təşkilatların rəhbərləri, Vətən müharibəsi iştirakçısı və ictimaiyyət nümayəndələri iştirak edib.
İlk öncə Ümummili liderimiz Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyev siyasi xətdindən, Ümummilli lider Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yaratmasından, elm- təhsil, səhiyyə sahəsindəki qazanılan uğurlardan, nizami Milli Ordunun yaradılmasından və bu gün Ulu Öndər siyasi kursunun layiqli davamçısı cənab Prezident İlham Əliyevin tapşırıq və tövsiyyələri nəticəsində aparılan yenidən qurma işlərindən, Sərəncam və Fərmanlar haqqında iştirakçıları məlumatlandırıblar və 44 Günlük Vətən müharibəsindəki qələbəmizdən sonra işğaldan azad olunan ərazilərdə aparılan yenidən qurma işlərindən, şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıdan danışıblar.
Görüş qarşılıqlı müzakirələr ilə davam edib.