Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi, kiçik çavuş Quliyev Əkbər Güləhməd oğlunun doğum günü qeyd olunub

18 avqust 2022 | 10:35
II Fəxri Xiyabanda Neftçala rayonundan olan Vətən müharibəsi şəhidinin doğum günü qeyd olunub.
Netçala rayonunun Vətən müharibəsi şəhidi, kiçik çavuş Quliyev Əkbər Güləhməd oğlunun 22-ci doğum günü qeyd olunub.
Tədbirdə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev, Neftçala Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri İlqar Həsənov, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Vasif Əliyev, şəhid ailələrinin üzvləri və din xadimləri iştirak ediblər.
Şəhid kiçik çavuş Quliyev Əkbər Güləhməd oğlunun II Fəxri Xiyabandakı məzarı ziyarət olunub, məzarı önünə gül dəstələri düzülüb və ruhuna dualar oxunub.
Tədbirdə çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin sentyabrın 27-də başlanan və 44 gündə qələbə ilə başa çatan Vətən Müharibəsindən, şəhid və qazilərimizin qanı və canı bahasına qazanılan qələbəmizin tarixi əhəmiyyətindən danışıblar. Şəhid ailələri və qazilərin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında və operativ həll olunmasının ölkə rəhbərliyi tərəfindən daima diqqətdə saxlanıldığı vurğulanıb.
Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət, qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Məlumat üçün bildirək ki, şəhid Quliyev Əkbər Güləhməd oğlu 2000-ci il avqustun 18-də Neftçala rayonu Xıllı qəsəbəsində anadan olub.
Azərbaycan Ordusunun kiçik çavuşu olan Əkbər Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə vuruşub. Əkbər Quliyev sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub. Cənazəsi 2021-ci il fevralın 16-da II Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Şəhid Quliyev Əkbər Güləhməd oğlu ölümündən sonra "Vətən uğrunda" medalı ilə, 24.06.2021-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə" medalı ilə və 24.06.2021-ci il tarixli Sərəncamına əsasən "Şuşanın azad olunmasına görə" medalı ilə və 05.11.2021-ci il tarixli Sərəncamına əsasən "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib.
Keçidlər