Şriftin ölçüsü :

Saytın rəngi :

“Vətən müharibəsi Qəhrəmanları ilə bir gün” adlı vətənpərvərlik mövzusunda növbəti maarifləndirici görüş keçirilib

27 oktyabr 2025 | 17:50

27 oktyabr 2025-ci il tarixdə “Konstitusiya və Suverenlik ili” çərçivəsində 8 Noyabr – “Zəfər Günü”nün 5-ci ildönümü münasibətilə Neftçala Rayon İcra Hakimiyyəti və Şirvan-Salyan Regional Təhsil İdarəsinin Neftçala rayonu üzrə Təhsil sektorunun birgə təşkilatçılıqları ilə şəhid ailə üzvləri və Vətən müharibəsi iştirakçıları ilə yeniyetmə və gənclər arasında “Vətən müharibəsi Qəhrəmanları ilə bir gün” adlı vətənpərvərlik mövzusunda silsilə maarifləndirici görüşlərdən olan növbəti tədbir rayonun Şəmsəddin Orucov adına  Həsənabad qəsəbə 1 nömrəli tam orta ümumtəhsil məktəbində təşkil olunub.

         Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Neftçala rayon şöbəsinin məsul şəxsləri, inzibati ərazi nümayəndəsi və bələdiyyə sədri, şəhid ailə üzvləri, Vətən müharibəsi iştirakçıları, yeniyetmə və gənclər, təhsil ictimaiyyəti iştirak ediblər.

         İlk öncə xalqımızın Ümummilli lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Dövlət Himni səsləndirilib.

         Tədbiri giriş sözü ilə açan məktəbin direktor müavini Gülnar Hüseynova iştirakçıları salamlayaraq tədbirin məqsəd və əhəmiyyətindən bəhs edib, Zəfər Gününün xalqımızın milli qürur və birliyinin rəmzi olduğunu vurğulayıb.

         Tədbirdə çıxış edən Neftçala Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şaiq Məmmədov  44 günlük Vətən müharibəsində Azərbaycan xalqının qəhrəmanlıqla yazdığı tarixdən danışıb, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Qələbənin əhəmiyyətini vurğulayıb, tarixi ədalətin bərpa edildiyini qeyd edib.O, şəhidlərin göstərdiyi igidliyin və qazilərin fədakarlığının gənc nəslə nümunə olduğunu söyləyib.

         Daha sonra çıxış edən – Vətən Müharibəsi Qəhrəmanı, şəhid Camal İsmayılovun anası Filarə İsmayılova, Milli Qəhrəman, şəhid Samid İmanovun atası Gülağa İmanov,  Vətən Müharibəsi şəhidi Maarif Əliyevin anası Sevda Əliyeva, Vətən Müharibəsi şəhidi Gözəlov Muradın atası Zabil Muradov, Vətən Müharibəsi şəhidi Elmin Nəcəfovun atası Saleh Nəcəfov  Vətən uğrunda canlarını fəda etmiş oğullarının xatirəsinin hər zaman uca tutulmasından qürur duyduqlarını bildiriblər. Şəhid valideynləri eyni zamanda çıxışlarında övladlarının Vətənə olan sevgisindən, onların igidlik yolundan danışaraq gənclərə Vətənə, dövlətə və bayrağa sədaqətli olmağı tövsiyə ediblər. Qarabağ torpaqlarının azadlığı uğrunda göstərilən qəhrəmanlıq nümunələrinin gələcək nəsillər üçün əsl vətənpərvərlik məktəbi olduğunu qeyd ediblər.

         Sonda məktəblilər şəhidlərin xatirəsinə həsr olunmuş şeir və musiqi kompozisiyaları ilə çıxış ediblər.

Keçidlər