Şriftin ölçüsü :

Saytın rəngi :

“İnsan Hüquqları Aylığı” ilə əlaqədar “Uşaq hüquqları uşaqların gözü ilə” mövzusunda maarifləndirici görüş keçirilib

12 iyun 2025 | 15:08

11 iyun 2025-ci il tarixində Neftçala Rayon İcra Hakimiyyəti başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın təşkilatçılığı və Şirvan-Salyan Regional Təhsil İdarəsinin Neftçala rayonu üzrə təhsil sektorunun dəstəyi ilə Neftçala şəhər Ə.Piriyev adına 2 nömrəli tam orta ümumtəhsil məktəbində “Konstitusiya və Suverenlik” ili çərçivəsində “İnsan Hüquqları Aylığı” ilə əlaqədar “Uşaq hüquqları uşaqların gözü ilə” mövzusunda maarifləndirici görüş keçirilib.

Tədbirdən öncə məktəblilərin Uşaq hüquqlarına həsr olunmuş rəsm və əl işlərindən ibarət sərgiyə baxış keçirilib.

İlk öncə xalqımızın Ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Maarifləndirici görüşdə Neftçala Rayon İcra Hakimiyyəti başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın məsul əməkdaşları, müəllimlər, psixoloqlar, valideynlər və şagirdlər iştirak edib.

Çıxışlarda diqqətə çatdırılıb ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən 1998-ci il iyunun 18-də ölkəmizdə ilk “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” təsdiq olunub. Bu yolu uğurla davam etdirən Prezident cənab İlham Əliyev 2007-ci il 18 iyun tarixli Sərəncamı ilə iyunun 18-ni Azərbaycan Respublikasında İnsan Hüquqları Günü kimi təsis etmişdir. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən 18 İyun - Azərbaycan Respublikasında İnsan Hüquqları Günü olduğunu nəzərə alaraq, həmin əlamətdar günlə bağlı cari ilin 18 may - 18 iyun tarixlərində ölkədə “İnsan Hüquqları Aylığı” elan edilib. “İnsan Hüquqları Aylığı” çərçivəsində cəmiyyətin insan hüquqlarına dair məlumatlılığını artırmaq və bu hüquqların müdafiəsi sahəsində fəaliyyəti təşviq etmək məqsədilə silsilə tədbirlərin keçirilməsi barədə məlumat verilib. Tədbirdə eyni zamanda uşaq hüquqlarının müdafiəsi, bu istiqamətdə mövcud hüquqi baza, həyata keçirilən dövlət proqramları və beynəlxalq öhdəliklər kontekstində görülən tədbirlər barədə ətraflı məlumat verilərək, bildirilib ki, uşaqların hüquqlarının təmin olunması, onların inkişafı və müdafiəsi dövlətin əsas prioritetlərindən biridir.

Tədbir qarşılıqlı müzakirələrlə davam etdirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb və sonda mövzu ilə əlaqədar videoçarx nümayiş olunub.

Keçidlər