“Uşaqları zərərli vərdişlərdən qoruyaq!” mövzusunda maarifləndirici görüş keçirilib
24 may 2023 | 15:24
Neftçala Rayon İcra Hakimiyyəti başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın təşkilatçılığı ilə Səməd Vurğun adına Bankə qəsəbə 2 saylı tam orta məktəbdə “Uşaqları zərərli vərdişlərdən qoruyaq!” mövzusunda maarifləndirici görüş keçirilib.
İlk öncə xalqımızın ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya qurluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Görüşdə Neftçala Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, Bankə qəsəbə İƏD üzrə nümayəndəliyin məsul şəxsləri, şəhid ailələri, səhiyyə əməkdaşları, mədəniyyət işçiləri, müəllimlər, valideynlər, şagirdlər və eləcə də Rayon İcra Hakimiyyətində həyata keçirilən könüllük proqramı əsasında fəaliyyət göstərən gənclər iştirak edib.
Görüşdə sağlam həyat tərzi uğrunda mübarizənin sağlam cəmiyyətin formalaşması baxımından mühüm əhəmiyyət kəsb etməsindən, iştirakçılara istənilən tütün məmulatlarının, narkotik vasitələrin, spirtli içkilərin istifadəsi nəticəsində insan səhhətinə vurulan ölümcül fəsadlardan haqqında məlumat verilib və zərərli vərdişlərdən uzaq olmaq, sosial bəlalara qarşı mübarizə aparmaq üçün tövsiyələr verilib.
Görüş qarşılıqlı müzakirələrlə davam edib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.