Şriftin ölçüsü :

Saytın rəngi :

“Uşaqlara qayğı dövlət siyasətinin prioritet istiqamətlərindəndir” mövzusunda tədbir keçirilib

23 aprel 2025 | 10:50

Uşaq Səfirlər Məclisinin Neftçala rayonu üzrə nümayəndələrinin təşəbbüsü,  Neftçala Rayon İcra Hakimiyyətinin və Şirvan-Salyan Regional Təhsil İdarəsinin Neftçala rayonu üzrə təhsil sektorunun dəstəyi ilə Neftçala şəhəri M.Səfərov adına İnteqrasiya təlimli internat tipli gimnaziyada “Uşaqlara qayğı dövlət siyasətinin prioritet istiqamətlərindəndir” mövzusunda tədbir keçirilib.

Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin və Şirvan-Salyan Regional Təhsil İdarəsinin Neftçala rayonu üzrə təhsil sektorunun məsul şəxsləri, Uşaq Səfirlər Məclisinin Neftçala rayonu üzrə nümayəndələri və fəalları, müəllimlər, gimnaziyada gecələyən şagirdlər iştirak edib.

İlk öncə xalqımızın Ümummilli lideri,Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya qurluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Uşaq Səfirlər Məclisinin Neftçala rayonu üzrə nümayəndələri və fəalları çıxış edərək bildiriblər ki, uşaqların yüksək qayğı ilə əhatə olunması, əlverişli mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılması, onların şəxsiyyət kimi formalaşması əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət uşaq siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş, bu gün isə cənab Prezident İlham Əliyevin uğurla davam etdirdiyi dövlət uşaq siyasəti hazırda milli strategiyaya çevrilib. Bu gün Azərbaycan Respublikasının dövlət uşaq siyasətinin başlıca prinsipləri uşaqların keyfiyyətli təhsil və yüksək standartlara cavab verən tibbi xidmətlərlə təmin edilməsi, hərtərəfli qayğı ilə əhatə olunması, yüksək mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılması, şəxsiyyət və layiqli vətəndaş kimi formalaşmasıdır. Bu gün dövlətimizin əsas məqsədi uşaqların əmin-amanlıq və sülh içində yaşamasıdır. Azərbaycanın sabahı, gələcəyi olan uşaqlar çox xoşbəxtdirlər ki, işğal altında olan torpağın deyil, qalib və müstəqil ölkənin övladlarıdırlar.

Tədbir qarşılıqlı müzakirələrlə davam etdirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Daha sonra Uşaq Səfirlər Məclisinin Neftçala rayonu üzrə nümayəndələri və fəalları gimnaziyanın yataqxanasında gecələyən şagirdlər üçün yaradılmış şəraitlə tanış oldular.

Keçidlər