“Uşaqlara qarşı zorakılığa yox deyək!” mövzusunda maarifləndirici görüş keçirilib
Azərbaycan Respublikası Prezidentinin 27 noyabr 2020-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”na əsasən Neftçala Rayonu İcra Hakimiyyəti başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiya tərəfindən 2023-cü il üçün təsdiq edilmiş “İş Planı”na uyğun olaraq 14 iyul 2023-cü il tarixində Mirzəqurbanlı kənd ümumi orta məktəbdə “Uşaqlara qarşı zorakılığa yox deyək!” mövzusunda maarifləndirici görüş keçirilib.
İlk öncə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya qurluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Maarifləndirici görüşdə Neftçala Rayoun İcra Hakimiyyəti başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın məsul əməkdaşları, Neftçala RİH başçısının Tatarməhlə kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsi, Tatarməhlə bələdiyyəsinin sədri, müəllimlər və valideynlər iştirak edib.
Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı “Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 2 iyun tarixli 2073 nömrəli Sərəncamının 3.1-ci bəndinə uyğun olaraq hazırlanmışdır. Fəaliyyət Planı yerli səviyyədə uşaqları müdafiə sistemini gücləndiməklə, ölkə üzrə uşaqları müdafiə mexanizminin təkmilləşdirilməsi və genişləndirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Çətin həyat şəraitində, baxımsız və sosial təhlükəli vəziyyətdə olan uşaqların aşkarlanması və onların sosial müdafiəsi, reabilitasiyası, cəmiyyətə inteqrasiyası sahəsində tədbirlərin həyata keçirilməsi, eyni zamanda, ölkəmizdə alternativ qayğı xidmətlərinin inkişafı, həyatın bütün sahələrində uşaqlara qarşı zorakılığın qadağan olunması Fəaliyyət Planında xüsusi yer tutur.
Çıxış edənlər cəmiyyəti ən çox narahat edən problemlərdən biri olan uşaqlara qarşı zorakılıq və növləri, onu yaradan səbəblər, zorakılığa məruz qalmış uşaqlara yardım, şiddətin heç bir növünün düzgün tərbiyə metodu olmadığı, əksinə cəmiyyətə qarşı nifrətin başlanğıcı olması, zorakılığın uşaqlarda yaratdığı travmalar, psixoloji problemlər, eləcə də zorakılıq növlərindən biri olan bullinq, onun növləri və formaları haqqında iştirakçılara geniş məlumat verilib.
Tədbir qarşılıqlı müzakirələrlə davam edib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.