“Uşaqlar doğulanadək cins seçiminə yox deyək!” adlı dəyirmi masa ətrafında görüş keçirilib
Neftçala Rayon İcra Hakimiyyəti başçısı yanında Gender əsaslı zorakılıq və və Uşaqlara qarşı zorakılıq üzrə monitorinq komissiyasının təşkilatçılığı ilə 26 iyul 2023-cü il tarixində Neftçala rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində “Uşaqlar doğulanadək cins seçiminə yox deyək!” mövzusunda dəyirmi masa ətrafında görüş keçirilib.
İlk öncə Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya qurluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Neftçala Rayon İcra Hakimiyyəti başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu, həkimlər, “Gündoğar” qəzetinin redaktoru, Neftçala rayon MKS-nin əməkdaşları, rayon sakinləri və eləcə də RİH-də həyata keçirilən könüllük proqramı əsasında fəaliyyət göstərən gənclər iştirak edib.
Görüş zamanı gender əsaslı cins seçimi, uşaqlar arasında cinsə görə nisbətin pozulmasını şərtləndirən əsas səbəblər, uşaqlar doğulanadək cins seçiminin qarşısının alınması və ailələrdə doğulan azyaşlılar arasında oğlan uşağına verilən üstünlüyün azaldılması, bu üstünlüyün kökündə dayanan gender stereotipləri və s. barədə geniş məlumat verilib, iştirakçılar mövzu haqqında öz fikir və təkliflərini bildiriblər.
Görüş qarşılıqlı müzakirələrlə davam edib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.