Şriftin ölçüsü :

Saytın rəngi :

"Konstitusiya və Suverenlik ili" çərçivəsində “Uşaq hüquqlarının müdafiəsi - gələcəyimizin təminatıdır” adlı maarifləndirici görüş keçirilib

11 aprel 2025 | 17:26

Neftçala Rayon İcra Hakimiyyəti başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın təşkilatçılığı və Şirvan-Salyan Regional Təhsil İdarəsinin Neftçala rayonu üzrə təhsil sektorunun dəstəyi ilə 10 aprel 2025-ci il tarixində R.Gözəlov adına Xıllı qəsəbə 1 nömrəli tam orta ümumtəhsil məktəbində "Konstitusiya və Suverenlik ili" çərçivəsində “Uşaq hüquqlarının müdafiəsi - gələcəyimizin təminatıdır” adlı maarifləndirici görüş keçirilib.

İlk öncə xalqımızın Ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya qurluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Maarifləndirici görüşdə Neftçala Rayon İcra Hakimiyyəti başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın, Neftçala Rayon Polis Şöbəsinin məsul əməkdaşları, Neftçala RİH başçısının Xıllı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, Uşaq Səfirlər Məclisinin Neftçala rayonu üzrə nümayəndəsi, həkimlər, müəllimlər, psixoloqlar və məktəblilər iştirak edib.

Çıxışçılar tərəfindən  uşaq hüquqlarının qorunması, müdafiəsi, onların sağlam mühitdə böyüməsi üçün dövlətimiz tərəfindən həyata keçirilən tədbirlərin əhəmiyyətindən danışılıb.  Qeyd olunub ki, uşaq hüquqları dünyadakı bütün uşaqların doğulduqları gündən sahib olduğu, təhsil, sağlamlıq, sığınma, fiziki, psixoloji və ya cinsi istismara qarşı qorunma kimi hüquqlarının hər birinin təyinində istifadə edilən universal anlayışdır. Uşaq Hüquqları Konvensiyasından bəhs edilərək bildirilib ki, Konvensiya 20 noyabr 1989-cu ildə BMT-in Baş Məclisi tərəfindən qəbul olunub və 193 dövlət tərəfindən qəbul edilmiş uşaqların hüquqlarını təmin edən universal kodekstdir. Azərbaycan 1992-ci il 13 avqustda BMT-nin “Uşaq Hüquqları haqqında” Konvensiyasını ratifikasiya etmiş, 1998-ci ildə Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu qəbul edilibdir. Eyni zamanda görüş iştirakçılarına uşaqların istismar olunması, erkən nikah, narkomaniya, zərərli vərdişlər və s. kimi problemlərin cəmiyyətimizdə uşaq hüquq və azadlıqlarına qarşı yönəlmiş təhlükələri və bu təhlükələrə qarşı mübarizə yolları haqqında ətraflı məlumat verilib. Tədbirdə həmçinin gəncliyimizin mənəvi dəyərlərinin formalaşdırılmasında təhsilin vacibliyindən, dövlətimizin uşaqlar üçün göstərdiyi qayğı və diqqətdən danışılıb. 

Tədbir qarşılıqlı müzakirələrlə davam etdirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Keçidlər