Şriftin ölçüsü :

Saytın rəngi :

“Uşaq əməyinin istismarı ilə mübarizə və onların zərərli vərdişlərdən qorunması” adlı maarifləndirmə tədbiri keçirilib

17 oktyabr 2024 | 17:08

Neftçala rayonunda “Uşaq əməyinin istismarı ilə mübarizə və onların zərərli vərdişlərdən qorunması” adlı maarifləndirmə tədbiri keçirilib.

Neftçala Rayon İcra Hakimiyyəti başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın təşkilatçılığı və Şirvan-Salyan Regional Təhsil İdarəsinin Neftçala rayonu üzrə təhsil sektorunun dəstəyi ilə 17 oktyabr 2024-cü  il tarixində Neftçala şəhər 2 nömrəli tam orta məktəbdə “Uşaq əməyinin istismarı ilə mübarizə və onların zərərli vərdişlərdən qorunması” adlı maarifləndirmə tədbiri keçirilib.
İlk öncə xalqımızın ümummilli lideri,Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya qurluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə Neftçala Rayon İcra Hakimiyyəti başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın məsul əməkdaşları, qeyd olunan məktəblərin rəhbərliyi, müəllimlər, psixoloqlar, şagirdlər  iştirak edib.
Çıxışçılar tərəfindən Neftçala Rayon İcra Hakimiyyəti başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın cəmiyyəti narahat edən müxtəlif sosial problemlərlə əlaqədar həyata keçirdiyi tədbirlər barədə, ilk növbədə uşaqların bu və ya digər işlərin görülməsinə cəlb edilməsinin hansı hallarda onların əməyinin istismarı halı kimi qiymətləndirildiyi haqqında məlumat verilib. Uşaq əməyinin istismarının qanuna zidd olmaqla, uşağın fiziki və mənəvi inkişafına da zərər vurduğu, əksər hallarda onun təhsildən yayınması ilə müşahidə olunduğu vurğulanıb. Qeyd olunub ki, Əmək Məcəlləsinə əsasən, uşaqların işə qəbul edilməsi üçün minimum yaş həddi 15 yaşdır. Bu yaşa çatmış uşaqlar isə yalnız onların valideynlərindən və ya övladlığa götürənlərdən-qəyyumlarından birinin, yaxud qanunla onları əvəz edən şəxslərin razılığı olmaqla əmək müqaviləsinin tərəfi ola bilər. Lakin 15-18 yaşlarında olan şəxslərin əməyindən əmək şəraiti ağır, zərərli olan iş yerlərində, yeraltı tunellərdə, şaxtalarda istifadə edilə bilməz. Qanunvericilik bunu, habelə onların əxlaqi kamilliyinin inkişafına mənfi təsir göstərən iş yerlərində əmək fəaliyyətinə cəlb edilməsini qadağan edir. Görüşdə eyni zamanda uşaqlarda zərərli vərdişlərə meyl etməsinin səbəbləri, bu vərdişlərin insanın fiziki və psixoloji sağlamlığına vurduğu mənfi təsirlər, qeyd olunan neqativ hal müşahidə olunan uşaqların zərərli vərdişlərdən xilas olunması üçün yetkin yaşlıların diqqət etməli olduğu məqamlar barədə geniş məlumat verilib.
Tədbir qarşılıqlı müzakirələrlə davam edib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Keçidlər